/ / YAP-ın Qaradağ, Yasamal, Səbail və Nərimanov rayon təşkilatlarının yeni sədrləri partiya aktivinə təqdim edilib
YAP-ın Qaradağ, Yasamal, Səbail və Nərimanov rayon təşkilatlarının yeni sədrləri partiya aktivinə təqdim edilib
21.09.2021 [22:28]
Sentyabrın 21-də Yeni Azərbaycan Partiyasının Qaradağ, Yasamal, Səbail və Nərimanov rayon təşkilatlarının yeni sədrləri Qafar Əliyev, Bəxtiyar Nəbiyev, Muxtar Nağıyev və Samir Vəliyev ərazi partiya təşkilatlarının sədrlərinin də iştirakı ilə keçirilən yığıncaqlarda yerli təşkilatların partiya aktivinə təqdim olunub.
Öncə Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarının inzibati binasında partiyanın qurucusu, ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzülüb, Ümummilli Liderimizin xatirəsi yad edilib.
Tədbirlərdə çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev Azərbaycanın ötən dövr ərzində möhtəşəm nailiyyətlərə imza atdığını bildirib. Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələri sırasına qoşulub. Ötən il 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi isə Azərbaycanın regionda və dünyada mövqelərini daha da möhkəmləndirib.
Ə.Tağıyev deyib ki, ölkəmizin böyük nailiyyətlər qazanmasında Yeni Azərbaycan Partiyasının da xüsusi rolu var. Belə ki, partiyamızın fəalları ölkəmizin inkişafına öz töhfələrini verir, Prezident, partiyamızın Sədri cənab İlham Əliyevin siyasətinin uğurlarını ictimaiyyət arasında aktiv şəkildə təbliğ edirlər.
Vurğulanıb ki, bu ilin mart ayında keçirilən YAP-ın VII Qurultayı və qurultayda qəbul olunmuş qərarlar partiyamızın inkişafında yeni mərhələnin əsasını qoydu. Qurultayda partiyamızın Sədri, Prezident İlham Əliyevin proqram xarakterli nitqi, yeni nizamnamənin qəbul olunması və digər mühüm qərarlar YAP-ın gələcək fəaliyyətində böyük önəm daşıyan amillərdir. YAP İdarə Heyətinin sentyabrın 10-da keçirilən iclasında partiyanın Bakı şəhəri üzrə rayon təşkilatlarının yeni sədrləri təyin olunub.
Tədbirlərdə çıxış edən Qafar Əliyev, Bəxtiyar Nəbiyev, Muxtar Nağıyev və Samir Vəliyev göstərilən etimada görə partiya rəhbərliyinə təşəkkürlərini bildiriblər. Təşkilat sədrləri bu etimadı böyük məsuliyyət kimi qəbul etdiklərini vurğulayaraq səylə çalışacaqlarını qeyd ediblər.
Tədbirlərdə həmçinin, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov rayon təşkilatlarının yeni sədrlərini təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Qeyd edək ki, tədbirlərdə yerli təşkilatların gələcək fəaliyyəti ilə bağlı qarşıda dayanan vəzifələrə dair müvafiq tövsiyələr verilib.
Xəbər lenti
Hamısına baxHadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18

