YAP Quba rayon təşkilatının XI hesabat konfransı keçirilib
09.09.2021 [09:02]
Sentyabrın 8-də Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının videoformatda XI hesabat konfransı keçirilib.
Əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Quba rayon təşkilatının sədri Yusif Abidovun hesabat məruzəsi dinlənilib. Bildirib ki, rayon təşkilatının X konfransından keçən 3 ildən artıq müddət ərzində ölkəmizin həyatında mühüm uğurlar əldə edilib, iqtisadi, sosial və digər sahələrdə əsaslı irəliləyişlər olub, Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib, beynəlxalq nüfuzu xeyli artıb. Yeni Azərbaycan Partiyasının sədri, Ulu Öndər Heydər Əliyev ideyalarının və Onun siyası kursunun qətiyyətli davamçısı, ölkə Prezidenti İlham Əliyevin çoxşaxəli səmərəli fəaliyyəti YAP-ın aparıcı mövqeyini daha da möhkəmləndirir.
Y.Abidov qeyd edib ki, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı 91 ərazi ilk partiya təşkilatında 9040 üzvü birləşdirir. Onların 3678 nəfəri qadın, 1307 nəfəri isə gəncdir. X konfransdan ötən dövr ərzində rayon təşkilatının sıralarına 3077 nəfər üzv qəbul edilib.
Sonra YAP Quba rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Cəlal Qəribovun hesabat məruzəsi dinlənilib.
Müzakirələr zamanı Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Milli Məclisin deputatı Vahid Əhmədov, YAP Quba rayon təşkilatının Şura üzvləri - Elza Orucova və Habil Bayramlı, rayon təşkilatının Qadınlar Şurasının sədri Aysel Şeydayeva hesabat dövrü ərzində görülən işlərdən bəhs ediblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Yeni Azərbaycan Partiyasının qurultaylarında qəbul edilən tarixi qərarlar ölkəmizin ictimai-siyasi həyatına yeniliklər gətirib, gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb. Vurğulayıb ki, VII Qurultayda qəbul olunan qərarlar, dövlət başçısı və partiyamızın Sədri cənab İlham Əliyevin nitqində qarşıya qoyulan vəzifələr göstərir ki, hər zaman siyasi proseslərin önündə olan Yeni Azərbaycan Partiyası 30 illik yubileyinə daha fəal, yeni keyfiyyətdə qədəm qoyur və fəaliyyətini yeni tələblərə uyğun quraraq bundan sonra da qarşısında dayanan vəzifələrin öhdəsindən layiqincə gələcək.
Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində yazdığı yeni tarixdən geniş bəhs edən Ə.Tağıyev YAP Quba rayon təşkilatının gələcək fəaliyyətinə uğurlar arzulayıb.
Konfransda YAP Quba rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15

