YAP Xaçmaz rayon təşkilatının X hesabat konfransı keçirilib
08.09.2021 [09:10]
Sentyabrın 7-də Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.
Əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gündəlik təsdiq edildikdən sonra YAP Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev hesabat məruzəsi ilə çıxış edib. Məruzədə bildirilib ki, Yeni Azərbaycan Partiyası zamanın sınaqlarından çıxmış, xalqın etimadını layiqincə doğrultmuş, müstəqil Azərbaycanımızın firavan gələcəyi naminə fəaliyyət göstərən siyasi partiyadır. Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan xalqının xilaskarı, Ulu Öndərimiz Heydər Əliyevin dediyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır.
Qeyd olunub ki, YAP Xaçmaz rayon təşkilatı hesabat dövrü ərzində tədbirlər planına uyğun olaraq, YAP Mərkəzi Aparatının tapşırıq və tövsiyələrini rəhbər tutaraq fəaliyyət göstərib, rayonun ictimai-siyasi həyatında fəal iştirak edib. YAP Xaçmaz rayon təşkilatı 124 ərazi ilk təşkilatında 9300 partiya üzvünü öz sıralarında birləşdirir. Onlardan 4323 nəfəri qadın, 3436 nəfəri isə gəncdir.
Sonra YAP Xaçmaz rayon təşkilatı Nəzarət-Təftiş Qrupunun sədri Fərhad Şeydayevin hesabat məruzəsi dinlənilib.
Müzakirələr zamanı Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Milli Məclisin deputatı Sevil Mikayılova, YAP Xaçmaz rayon təşkilatının sədr müavini, Qadınlar şurasının sədri Sevinc Sədullayeva, Susay ərazi ilk partiya təşkilatının sədri Amil Rəhimov və İkinci Qarabağ müharibəsi veteranı Vüqar Fərzəliyev çıxış edərək YAP Xaçmaz rayon təşkilatının fəaliyyətinə münasibətlərini bildiriblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev Ümummilli Liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının ötən illər ərzində böyük inkişaf yolu keçdiyini bildirib. O, qeyd edib ki, partiyamız möhtəşəm uğurlara imza atıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP Cənubi Qafqazın ən böyük siyasi qüvvəsinə çevrilib.
Onun sözlərinə görə, YAP daim yenilikçi siyasət həyata keçirən partiyadır və bu baxımdan partiyanın VII Qurultayında mühüm qərarlar qəbul olunub. Ə.Tağıyev yeni mərhələdə partiyanın yerli təşkilatlarının üzərinə düşən vəzifələrdən də ətraflı şəkildə bəhs edib, YAP Xaçmaz rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, YAP Xaçmaz rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

