YAP Xızı rayon təşkilatının IX hesabat konfransı keçirilib
07.09.2021 [09:16]
Sentyabrın 4-də Yeni Azərbaycan Partiyası (YAP) Xızı rayon təşkilatının videoformatda IX hesabat konfransı keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf yolunda əmin addımlarla irəliləyən ölkəmiz dövrün, zamanın tələblərinə uyğun olaraq müəyyənləşdirilən siyasət və hədəflərlə daha da güclənib.
F.Haqverdiyev deyib ki, hazırda YAP Xızı rayon təşkilatı 40 ərazi ilk partiya təşkilatında 1787 üzvü birləşdirir. Onların 853 nəfəri qadınlar, 782 nəfəri isə gənclərdir. Hesabat dövrünə partiya rayon təşkilatının sıralarına 31 nəfər üzv qəbul edilib.
Sonra Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının Nəzarət Təftiş Qrupunun sədri Bəşir Mürsəlovun hesabat məruzəsi dinlənilib.
Müzakirələr zamanı YAP Xızı rayon təşkilatı İdarə Heyətinin üzvü, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, Milli Məclisin deputatı Müşfiq Məmmədli, rayon təşkilatı İdarə Heyətinin üzvləri - Qadınlar Şurasının sədr müavini Svetlana Rüstəmova və Xatirə Həşimzadə, rayon təşkilatı Gənclər Birliyinin sədri İman Ağayev çıxış edərək rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətinə münasibət bildiriblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası fəaliyyət göstərdiyi 29 il ərzində böyük inkişaf yolu keçib, möhtəşəm uğurlara imza atıb. Hazırda YAP Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır.
Ə.Tağıyev vurğulayıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımız azad edilib, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Dünyaya səs salan tarixi Zəfərimiz nəticəsində yaradılan yeni reallıqlar Azərbaycanın mövqeyini dünya miqyasında daha da möhkəmləndirib. Bu Zəfər Azərbaycanın gücünü və qüdrətini bütün dünyaya bir daha nümayiş etdirib.
Yeni mərhələdə partiyanın yerli təşkilatlarının üzərinə düşən vəzifələrdən ətraflı bəhs edən Ə.Tağıyev YAP Xızı rayon təşkilatının gələcək fəaliyyətinə uğurlar arzulayıb.
Konfransda YAP Xızı rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38

