YAP Şirvan şəhər təşkilatının IX hesabat konfransı keçirilib
26.08.2021 [09:55]
Avqustun 25-də Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatının videoformatda IX hesabat konfransı keçirilib.
Əvvəlcə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Şirvan şəhər təşkilatının sədr əvəzi Paşa Nəbiyev hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının VII Qurultayında qəbul edilmiş qərarlar, aparılan struktur dəyişiklikləri partiyamızın yenilikçi, təkmilləşməyə açıq, islahatçı olduğunu bir daha təsdiqlədi. Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün fəaliyyətini yeni, müasir tələblərə uyğun qurmağa səy göstərir.
O qeyd edib ki, Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatı 82 ərazi ilk partiya təşkilatını özündə birləşdirir. 5508 üzvü öz sıralarında birləşdirən şəhər təşkilatında qadınlar və gənclər say etibarilə, üstünlük təşkil edirlər. Hesabat dövründə partiyaya 714 nəfər üzv qəbul edilib ki, onlardan 320 nəfəri qadınlar, 394 nəfəri isə gənclərdir.
Sonra YAP Şirvan şəhər təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri İsmayıl Yusubovun hesabat məruzəsi dinlənilib.
Müzakirələr zamanı çıxış edən YAP Şirvan şəhər təşkilatı İdarə Heyətinin üzvü, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov, şəhər təşkilatı İdarə Heyətinin üzvləri - təşkilatın sədr müavini, Səhiyyə şöbəsi ərazi ilk partiya təşkilatının sədri Mətanət Səfərova və təşkilatın Gənclər Birliyinin sədri Namini Namidə, şəhər təşkilatının Şura üzvü, Şirvan şəhər 1 saylı tam orta məktəbin direktoru Rəfiqə Rzayeva hesabat dövründə görülən işlərdən bəhs ediblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Yeni Azərbaycan Partiyası yeniliyə, təkmilləşməyə xüsusi önəm verərək, fəaliyyətini dövrün, zamanın tələblərinə uyğun qurur, yeni reallıqların qarşıya qoyduğu vəzifələri uğurla həyata keçirmək üçün bütün qüvvə və səylərini səfərbər edir: “Partiyanın VII Qurultayı tarixi Zəfərimizdən sonrakı dövrə təsadüf etdiyi üçün yeni hədəflərə uyğun qəbul edilən qərarlar istər ölkəmizin, istərsə də partiyamızın həyatında olduqca əhəmiyyətlidir. Azərbaycanın həyatında yeni mərhələ başlayıb. Ərazi bütövlüyümüzün bərpa olunması, tarixi torpaqlarımızın öz sahibinə qaytarılması qürurverici olmaqla yanaşı, daha böyük işlərə, qələbəmizin nəticələrini möhkəmləndirməyə çağırış edir”.
Ə.Tağıyev YAP Şirvan şəhər təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda YAP Şirvan şəhər təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06

