/ / “Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “Dövlət təhlükəsizliyi və korrupsiya ilə mübarizə elementləri” mövzusunda seminar keçirilib
“Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “Dövlət təhlükəsizliyi və korrupsiya ilə mübarizə elementləri” mövzusunda seminar keçirilib
26.08.2021 [09:55]
Avqustun 25-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında partiyanın Gənclər Birliyinin “Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “Dövlət təhlükəsizliyi və korrupsiya ilə mübarizə elementləri” mövzusunda seminar keçirilib.
Tədbiri açan YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov seminarda iştirak edən gəncləri salamlayıb, layihənin gənclər üçün əhəmiyyətindən, həmçinin mövzunun aktuallığından bəhs edib.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Kamal Cəfərov “Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində keçirilən seminarları yüksək dəyərləndirərək, belə layihələrin gənclərin inkişafında mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Bildirib ki, korrupsiyaya qarşı mübarizə Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindəndir. Qeyd edib ki, 2002 və 2004-cü ildə Azərbaycan dövləti BMT-nin “Korrupsiya Əleyhinə” Konvensiyası, daha sonra Avropa Şurasının “Korrupsiya Əleyhinə” kovensiyalarını ratifikasiya edib. Bununla yanaşı, BMT-nin 2004-cü il tarixli “Korrupsiya Əleyhinə” Konvensiyasının 36-cı maddəsinin hər bir iştirakçı dövlətin öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olaraq korrupsiya ilə mübarizə aparmaq üçün ixtisaslaşmış orqanların mövcudluğunun təmin edilməsi barədə öhdəliyinin icrası qaydasında Azərbaycan Respublikası Prezidentinin 2004-cü ilin 3 mart tarixli “Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Sərəncamı əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası yaradılıb.
K.Cəfərov deyib ki, sonrakı mərhələdə ölkəmizdə beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində mühüm qanunvericilik bazası yaradılıb, açıq hökumətin təşviqi sahəsində Dövlət proqramları, milli strategiyalar və fəaliyyət planları həyata keçirilib. Milli Məclisin deputatı bildirib ki, 2004-2006 illəri əhatə edən “Korrupsiyaya qarşı mübarizə” üzrə Dövlət Proqramı, 2007-2011-ci illərdə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və Milli Fəaliyət Planı, 2012-2015-ci illərdə “Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı” təsdiq edilib və icra olunub. Bundan başqa, ölkəmizdə “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın uğurlu icrası bu istiqamətdə mühüm nailiyyətlərin əldə olunmasına yol açıb. K.Cəfərov vurğulayıb ki, hazırda “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” icra edilir. Bundan başqa, elektron hökumətin tətbiqi, “ASAN xidmət”in yaradılması da ölkəmizdə korrupsiyanın qarşısının alınması istiqamətindəki mübarizə tədbirləri çərçivəsində əldə edilmiş mühüm nailiyyətlərdəndir.
Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09
Gündəm
05 Oktyabr 17:45
İdman
05 Oktyabr 17:43
Sosial
05 Oktyabr 17:11
İdman
05 Oktyabr 17:10
Dünya
05 Oktyabr 17:10
YAP xəbərləri
05 Oktyabr 16:59
YAP xəbərləri
05 Oktyabr 16:56
Sosial
05 Oktyabr 16:29
YAP xəbərləri
05 Oktyabr 16:19
Müsahibə
05 Oktyabr 16:17
YAP xəbərləri
05 Oktyabr 16:12
İqtisadiyyat
05 Oktyabr 16:11
İqtisadiyyat
05 Oktyabr 16:10
Sosial
05 Oktyabr 16:09
Dünya
05 Oktyabr 15:19
Siyasət
05 Oktyabr 14:48
Dünya
05 Oktyabr 14:27
Elm
05 Oktyabr 13:46
Gündəm
05 Oktyabr 12:54
Gündəm
05 Oktyabr 12:12
Gündəm
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:00
Dünya
05 Oktyabr 10:58
İqtisadiyyat
05 Oktyabr 10:49
YAP xəbərləri
05 Oktyabr 10:46
Dünya
05 Oktyabr 10:45
Dünya
05 Oktyabr 10:37
Sosial
05 Oktyabr 10:30
Dünya
05 Oktyabr 10:25
Dünya
05 Oktyabr 10:22
Sosial
05 Oktyabr 10:19
İdman
05 Oktyabr 10:06
İqtisadiyyat
05 Oktyabr 10:05
İqtisadiyyat
05 Oktyabr 10:04
Dünya
05 Oktyabr 09:42
Elm
05 Oktyabr 09:37
Sosial
05 Oktyabr 09:33
İqtisadiyyat
05 Oktyabr 09:31
Dünya
05 Oktyabr 09:17
Dünya
05 Oktyabr 08:55
Dünya
05 Oktyabr 08:31
YAP xəbərləri
04 Oktyabr 21:50
Dünya
04 Oktyabr 20:43
Dünya
04 Oktyabr 19:30
Dünya
04 Oktyabr 18:19
Dünya
04 Oktyabr 17:37
Dünya
04 Oktyabr 16:22
Dünya
04 Oktyabr 15:18
Dünya
04 Oktyabr 14:45
Dünya
04 Oktyabr 13:32
Dünya
04 Oktyabr 12:20
Dünya
04 Oktyabr 11:19
Dünya
04 Oktyabr 10:23
Analitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45

