YAP Ağdaş rayon təşkilatının VIII hesabat konfransı keçirilib
25.08.2021 [10:48]
Avqustun 24-də Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatının videoformatda VIII hesabat konfransı keçirilib.
Əvvəlcə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, 2020-ci ildə rəşadətli Azərbaycan Ordusu ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tariximizə Zəfər gününü yazıb. 44 günlük İkinci Qarabağ müharibəsi 30 ilin işğalına son qoydu, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. C.Osmanov deyib ki, zəfər əldə edən Azərbaycan özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan xalqının müqəddəratını həll edən, dünənin, bu günün və sabahın məsuliyyətini öz üzərinə götürən, müstəqil Azərbaycan dövləti ilə eyni zamanda təşəkkül tapan Yeni Azərbaycan Partiyası da aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi 29 ilə yaxın bir dövrdə bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldərək, bir-birindən əhəmiyyətli uğurlara imza atıb. Partiyamızın yaradıcısı, Ümummilli Liderimiz Heydər Əliyevin zəngin təcrübəsi, müstəqil, demokratik, hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyəti Azərbaycanın bugünkü və gələcək taleyini müəyyən edib.
Qeyd olunub ki, hazırda YAP Ağdaş rayon təşkilatında 77 ərazi ilk partiya təşkilatında birləşən partiya üzvlərinin sayı 16650 nəfərdir. Onlardan 8646 nəfərini qadınlar, 4454 nəfərini isə gənclər təşkil edir. VII konfransdan ötən dövr ərzində 310 nəfər partiya rayon təşkilatının sıralarına qəbul edilib.
Sonra YAP Ağdaş rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun üzvü Cabir Həsənov hesabat məruzəsi ilə çıxış edib.
Müzakirələr zamanı çıxış edən YAP Ağdaş rayon təşkilatı İdarə Heyətinin üzvləri - Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, Ağdaş şəhər ərazi ilk partiya təşkilatının sədri, M.Şeyxzadə adına Ağdaş Texniki, Təbiət və Humanitar fənlər təmayüllü Gimnaziyanın direktoru Şəhla Hacıbalayeva, rayon təşkilatının baş məsləhətçisi Anar Şahmuradov, Gənclər və İdman idarəsi ərazi ilk partiya təşkilatının sədri, rayon Gənclər və İdman idarəsinin rəisi Azad Gözəlov, partiya rayon təşkilatının Şura üzvü, rayon Təhsil şöbəsi ərazi ilk partiya təşkilatının sədri, rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi Afət Ramazanova hesabat dövründə görülən işlərdən bəhs ediblər.
Konfransda YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev çıxış edərək VIII konfrans münasibətilə rayon təşkilatının üzvlərini təbrik edib. Ə.Tağıyev bildirib ki, Yeni Azərbaycan Partiyasının xalq, dövlət qarşısındakı böyük xidmətləri bu nəhəng təşkilatın cəmiyyətdəki mövqeyini get-gedə daha da möhkəmləndirir, insanların bu partiyanın ideoloji-siyasi xəttinə dəstəyini gücləndirir. Bu gün Azərbaycanın tarixinin ən güclü, ən qüdrətli dövrünü yaşadığını vurğulayan Ə.Tağıyev deyib ki, 44 günlük Vətən müharibəsindən alnıaçıq çıxan Azərbaycan dövləti böyük Zəfər günlərini qeyd edir. Vətən müharibəsindən qalib çıxan Azərbaycan 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü bərpa edib, bölgədə və dünyada yeni reallıqlar yaradıb. Ölkəmiz özünün iqtisadi, siyasi çəkisinə görə fərqli bir dövlətdir. Yəni bütövlükdə, Azərbaycan fərqli bir reallıq yaradıb və bu yeni reallıqlara uyğun qarşımızda yeni çağırışlar, vəzifələr durur.
Ə.Tağıyev YAP Ağdaş rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda YAP Ağdaş rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48

