Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının X hesabat konfransı keçirilib
18.08.2021 [14:27]
Avqustun 17-də Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.
Əvvəlcə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı hesabat məruzəsi ilə çıxış edib. M.Mirxaslı bildirib ki, YAP yarandığı vaxtdan siyasi mübarizələrlə dolu şərəfli yol keçib, xalqımız və dövlətimiz qarşısında böyük xidmətlər göstərib və bu xidmətlər sayəsində cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirib.
Qeyd edilib ki, hesabat dövründə YAP Cəlilabad rayon təşkilatının sıralarına 563 nəfər yeni üzv qəbul edilib ki, bunun da 322 nəfəri gənclər, 213 nəfəri isə qadınlardır. Hazırda rayon təşkilatı üzrə 7160 nəfər üzv 94 ərazi ilk partiya təşkilatında birləşib. Partiya üzvlərinin 2262 nəfərini qadınlar, 1320 nəfərini isə gənclər təşkil edir.
Sonra YAP Cəlilabad rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Varid Əsgərovun hesabat məruzəsi dinlənilib.
Müzakirələr zamanı çıxış edən Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü, millət vəkili Elman Nəsirov, YAP Cəlilabad rayon təşkilatı sədrinin müavini, rayon təhsil şöbəsinin müdirinin müavini Hafiz Cavadov, rayon təşkilatı Qadınlar Şurasının sədri, Cəlilabad şəhər 4 saylı tam orta məktəbin müəllimi Fərqanə Məmmədova, təşkilatın Şura üzvü, peşə liseyinin direktoru Etibar Sadığov hesabat dövründə görülən işlərdən bəhs ediblər.
Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Yeni Azərbaycan Partiyasının bu günümüz üçün ən böyük uğurlarından biri yaranmasından 7 ay sonra iqtidar partiyasına çevrilməsi oldu. Ölkədə siyasi sistemin formalaşmasına böyük töhfələr verən Yeni Azərbaycan Partiyası, hər zaman milli maraqları təmsil edərək xalqımızın ali mənafeyinin ifadəçisi kimi çıxış etmişdir. Məhz Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın inkişaf yolu dünyaya nümunə göstərilir.
Yeni reallıqların gerçəkləşməsi üçün birgə səylərin göstərilməsindən bəhs edən Ə.Tağıyev YAP Cəlilabad rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda YAP Cəlilabad rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxElanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26

