İşğaldan azad edilən Qarabağ torpağında genişmiqyaslı quruculuq işləri aparılır
17.08.2021 [14:31]
Məlum olduğu kimi, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən Qarabağ torpağında genişmiqyaslı quruculuq işləri aparılır. Dövlətimizin başçısının iyulun 7-də imzaladığı fərman əsasında Qarabağ iqtisadi zonası yaradılıb və Qarabağa aid olan rayonlar orada birləşib. Bundan başqa, Şərqi Zəngəzur iqtisadi zonası da yaradılıb. Hazırda işğaldan azad etdiyimiz bölgələrdə genişmiqyaslı quruculuq işləri aparılır və heç kim bizi bu dinc, sülhpərvər fəaliyyətimizdən ayıra bilməz.
Azərbaycan torpaqlarını otuz il işğal altında saxlayan nankor qonşumuz Ermənistan isə özünün təcavüzkar siyasəti üzündən mağmun vəziyyətə düşüb, bütün regional layihələrdən təcrid olunub. Hazırda bu ölkədə siyası, sosial və iqtisadi böhran fəlakət həddinə çatıb və zaman işğalçıya heç bir uğurlu perspektiv vəd etmir. Revanşist çıxışlarından əl çəkməyən erməni “başbilənlər”i günün reallıqlarını dərk etmir və postmüharibə mərhələsində Azərbaycanın regional inkişafa, bölgədə əməkdaşlığın dərinləşdirilməsinə xidmət edən təşəbbüs və təkliflərini sanki görməzdən gəlirlər.
Zamanın isə Azərbaycanın xeyrinə işləməsi aşkar faktdır. Hazırda Qarabağda 11 müxtəlif istiqamətdə avtomobil yolları çəkilir ki, bunların da ümumi uzunluğu 700 kilometrdən çoxdur. Bölgədə tikilən hava limanları, çəkilən dəmir yolları vasitəsilə daşımalar da həm əhalinin Qarabağa qayıdışına, həm də orada icra olunan iqtisadi layihələrin səmərəliliyinin artmasına xidmət edəcək. Yeri gəlmişkən, ölkəmizin reallaşdırdığı bütün nəqliyyat layihələri, 2023-cü ilədək Füzuli, Zəngilan və Laçında bir-birinin ardınca açılması nəzərdə tutulan hava limanları, çəkilən avtomobil və dəmir yolları qlobal inteqrasiya proseslərinin də xeyli sürətlənməsinə imkan verəcək. Qlobal baxımdan isə Avropa və Asiyanın daha sıx iqtisadi inteqrasiyasını təmin edəcək. Artıq Füzuli Hava Limanında ilk sınaq uçuşunun sentyabr ayının 3-də nəzərdə tutulduğu barədə məlumat verilmişdir. Bu gün Şuşada, Ağdamda, Füzulidə və Qarabağın digər rayonlarında həyata keçirilən bərpa-quruculuq tədbirləri hər kəsdə tükənməz qürur və məmnunluq duyğusu yaradır.
İşlər sırf planauyğun şəkildə, ciddi koordinativ formada aparılır. Azərbaycan Prezidenti hələ 2020-ci ilin noyabr ayında həmin ərazilərdə bərpa-quruculuq işlərinin sürətlə aparılması məqsədilə Əlaqələndirmə Qərargahı yaradılması barədə sərəncam imzalamışdır. Həmin qərargah səmərəli və məqsədyönlü fəaliyyət göstərir. Onun nəzdindəki İdarələrarası Mərkəzin tabeliyində isə 10-dan çox işçi qrupu var. Bu qruplar bərpa fəaliyyətinin bütün istiqamətlərini əhatə edir. Bundan bir neçə gün öncə isə dövlət başçısı “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” fərman imzalayıb ki, bu da erməni vandallarının işğal zamanı xaraba qoyduqları yaşayış məntəqələrinin bərpası, sosial-iqtisadi dirçəlişi baxımından mühüm önəm daşıyır. Sözügedən fərmanla Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi yaradılır. Fərmana əsasən Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xocalı, Xocavənd və Zəngilan rayonlarının inzibati ərazilərində yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi müvəqqəti olaraq həmin baş idarəyə həvalə edilir. Dövlət səviyyəsində ən mühüm vəzifə bundan ibarətdir ki, əzəli-əbədi yurdlarımızın bərpası inkişaf axarına qovuşsun. Biz bu məramımızda son dərəcə qətiyyətliyik. Ötən hər gün məcburi köçkünlərimizin Qarabağa kütləvi qayıdışını daha da yaxınlaşdırır.
İlkin Rzayev,
YAP Göygöl rayon təşkilatının Toğanalı kənd tam orta məktəb ərazi ilk partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

