Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının XI hesabat konfransı keçirilib
10.08.2021 [08:54]
Avqustun 9-da Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının videoformatda XI hesabat konfransı keçirilib.
Öncə müasir müstəqil Azərbaycan dövlətinin memarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, hazırda rayon təşkilatı 80 ərazi ilk partiya təşkilatında 5816 partiya üzvünü birləşdirir. Partiya üzvlərinin 2098 nəfəri qadınlar, 2273 nəfəri isə gənclərdir. Partiyanın hər bir üzvü Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiqliyini nümayiş etdirərək Onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qüdrətlənməsi və inkişafı, rayonumuzun rifahı naminə əlindən gələni əsirgəmir, bundan sonra da bu yolla inamla addımlayacaq.
44 günlük Vətən müharibəsində əldə olunan parlaq Qələbəmizin yaratdığı reallıqlardan bəhs edən R.Nağıyev deyib ki, yeni çağırışların həyata keçirilməsində Yeni Azərbaycan Partiyası daim ön sıralarda olub. YAP Gədəbəy rayon təşkilatının çoxsaylı üzvləri də daim ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək hədəflərin gerçəkləşməsinə öz töhfələrini verməyə çalışırlar.
Sonra YAP Gədəbəy rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Yusif Murğuzovun hesabatı dinlənilib.
Müzakirələr zamanı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, Gədəbəy rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov, YAP Gədəbəy rayon təşkilatı Qadınlar Şurasının sədri Məlahət Əliyeva, rayon təşkilatının Şura üzvü Namiq Rüstəmov hesabat dövründə görülən işlərdən bəhs ediblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ənənələr Yeni Azərbaycan Partiyası tərəfindən uğurla həyata keçirilir. İdeyalarla zəngin olan YAP dövlətçiliyimizin inkişafı, xalqın rifahı, xoşbəxt gələcəyi naminə fəaliyyət göstərən və konkret konsepsiyaya malik siyasi təşkilatdır. Bu gün qürur hissi ilə qeyd edirik ki, Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti son 18 ildə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə möhkəm təməl üzərində yeni, daha təkmil islahatlar əsasında inkişaf edir. Bu, Yeni Azərbaycan Partiyasının cəmiyyətdə möhkəmlənən mövqeyində, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirməsində, yeni-yeni hədəflərə doğru inamla irəliləməsində də aydın ifadəsini tapır.
Hər bir rayon təşkilatının YAP-ın qarşıya qoyduğu hədəflərə, çağırışlara yüksək səviyyədə nail olmasında öz payı olduğunu vurğulayan Ə.Tağıyev YAP Gədəbəy rayon təşkilatının gələcək fəaliyyətinə uğurlar arzulayıb.
Konfransda YAP Gədəbəy rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17

