/ / YAP Samux rayon təşkilatında "Gənclərimizi narkomaniya bəlasından qoruyaq" adlı tədbir keçirilib
YAP Samux rayon təşkilatında "Gənclərimizi narkomaniya bəlasından qoruyaq" adlı tədbir keçirilib
26.07.2021 [13:52]
Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatında xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq "Gənclərimizi narkomaniya bəlasından qoruyaq" mövzusunda tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə gənclərin maarifləndirilməsindən ibarətdir.
Tədbiri YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov açaraq narkotik vasitələrə aludəçiliyin səbəb olduğu bəlalardan danışıb. Narkotik aludəçiliyinin son vaxtlar daha erkən 17-20 yaş arasındakı gənclərdə müşahidə olunduğunu qeyd edən Gündüz Bayramov orta məktəblərdə şagirdlərə narkomaniyanın fəsadları barədə məlumat verilməsinin vacibliyini vurğulayıb. Narkomaniyanın bu gün bəşəriyyəti düşündürən və narahat edən ən ağrılı problemlərdən biri olduğunu bildirib. Ölkəmizdə narkomaniyaya qarşı mübarizədən danışan natiq belə tədbirlərin davamlı olaraq keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Gündüz Bayramov bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə, eyni zamanda, insanların həyatına, sağlamlığına ciddi təhlükə yaratdığını vurğulayıb, gəncləri narkotik maddələrdən, o cümlədən digər zərərli vərdişlərdən uzaq tərbiyə etməyin vacibliyini qeyd edib.
Tədbirdə, həmçinin Samux rayon İcra Hakimiyyəti başçısı aparatında hüquq şöbəsinin məsləhətçisi vəzifəsində çalışan Rafiq Sadıqov, eləcə də YAP Samux rayon təşkilatının fəal üzvləri Vidadi İsayev, Sərxan Abuzərov, Elmir Qurbanov, Lalə Məmmədova çıxış ediblər.
Qeyd olunub ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi və faciəvi nəticələrə gətirib çıxaranı narkomaniyadır. Ona görə də bu bəlaya qarşı qlobal şəkildə, birgə mübarizə aparılmalıdır. Bu baxımdan bu mövzuda olan tədbirlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxElm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08

