Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının III hesabat konfransı keçirilib
02.07.2021 [10:29]
İyulun 1-də Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının videoformatda III hesabat konfransı keçirilib.
Əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gündəlik təsdiq edildikdən sonra YAP Pirallahı rayon təşkilatının sədr əvəzi Əli Kərimov hesabat məruzəsi ilə çıxış edib.
Hesabat məruzəsində bildirilib ki, YAP Pirallahı rayon təşkilatının fəaliyyətində Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin ideyalarının və partiyamızın Sədri, Prezident İlham Əliyevin uğurlu siyasətinin əhali arasında geniş şəkildə təbliğ olunması əsas yer tutur.
Qeyd olunub ki, hazırda YAP Pirallahı rayon təşkilatı üzvlərinin sayı 6201 nəfərdən ibarətdir ki, bu da əhalisinin sayı 20 mindən bir qədər çox olan rayon üçün böyük göstəricidir. 2017-ci ilin mayında keçirilmiş II konfransdan bu günədək ötən müddətdə təşkilatın fəaliyyəti məhsuldar olub, partiya rəhbərliyi tərəfindən verilən tapşırıqlar və qarşıya qoyulan vəzifələr yerinə yetirilib. 2017-2021-ci illəri əhatə edən hesabat dövrü ərzində rayon təşkilatı tərəfindən partiya sıralarına 1795 nəfər qəbul edilib.
Daha sonra YAP Pirallahı rayon təşkilatı Nəzarət-Təftiş Qrupunun sədri Anar Babayevin hesabat məruzəsi dinlənilib.
Müzakirələr zamanı YAP Pirallahı rayon təşkilatının Şura üzvü, Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP Pirallahı rayon təşkilatının Gənclər Birliyinin sədr müavini Aysel Qəribli, “Abşeronneft” NQÇİ ərazi ilk partiya təşkilatının sədri, YAP Pirallahı rayon təşkilatının Şura üzvü Şamil Kazımov və YAP Pirallahı rayon təşkilatının Şura üzvü, 168 saylı orta məktəbin müəllimi Sevda Alxasova çıxış edərək YAP Pirallahı rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətinə münasibət bildiriblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev Ümummilli Liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının ötən illər ərzində böyük inkişaf yolu keçdiyini bildirib. O, qeyd edib ki, fəaliyyət göstərdiyi 29 il ərzində partiyamız möhtəşəm uğurlara imza atıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP Cənubi Qafqazın ən böyük siyasi qüvvəsinə çevrilib.
Əhliman Tağıyev YAP Pirallahı rayon təşkilatının ən fəal yerli strukturlardan biri olduğunu deyib, həmçinin yeni mərhələdə partiyanın yerli təşkilatlarının üzərinə düşən vəzifələrdən də ətraflı şəkildə bəhs edib.
Qeyd edək ki, YAP Pirallahı rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxİdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19

