/ / YAP Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvü Şahlar Əsgərovun 80 illik yubileyi münasibətilə görüş keçirilib
YAP Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvü Şahlar Əsgərovun 80 illik yubileyi münasibətilə görüş keçirilib
15.06.2021 [08:35]
İyunun 14-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvü, professor Şahlar Əsgərovun 80 illik yubileyi münasibətilə görüş keçirilib.
Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov yubilyarı doğum günü münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. Bildirilib ki, təhsilimizin inkişafında xüsusi xidmətləri olan, gənc nəslin təlim-tərbiyəsinin formalaşmasında özünəməxsus dəsti-xətti ilə seçilən görkəmli ziyalı və dəyərli alimimiz olaraq Şahlar Əsgərov uzun illərdir ki, Azərbaycan elminin tərəqqisinə sanballı töhfələr verir, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir.
Tahir Budaqov qeyd edib ki, Şahlar Əsgərovun Azərbaycanın ictimai-siyasi həyatında fəal mövqeyi də danılmazdır. Belə ki, o, xalqımızın, dövlətimizin müqəddəratının həll olunduğu bir dövrdə Ulu Öndər Heydər Əliyevə tarixi müraciət edən 91 ziyalımızdan biridir. Şahlar Əsgərov, həmçinin Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının təşkilatlanma prosesində fəallıq göstərib, bir ziyalı kimi üzərinə düşən vəzifələri hər zaman layiqincə yerinə yetirib. Uzun müddət YAP Siyasi Şurasının və İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, parlamentin Elm və təhsil məsələləri daimi komissiyasının sədri kimi uğurlu fəaliyyət göstərib, hazırda isə YAP Veteranlar Şurasının üzvü olaraq partiyamızın həyatında yaxından iştirak edir.
Qeyd olunub ki, Şahlar Əsgərovun çoxşaxəli və zəngin fəaliyyəti dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib, 1999-cu ildə “Şöhrət” ordeninə, 2001-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
Yubilyarı doğum günü münasibəti ilə təbrik edən YAP-ın Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə professor Şahlar Əsgərovu hər zaman öz sözü və dəyişməz mövqeyi olan vətəndaş kimi xarakterizə edib.
Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən göstərilən diqqətə və ünvanına deyilən xoş sözlərə görə təşəkkürünü bildirən professor Şahlar Əsgərov partiyanın VII qurultayında ona göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə dərin minnətdarlığını ifadə edib, bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səy və bacarığını əsirgəməyəcəyini bildirib.
Xəbər lenti
Hamısına baxDünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54

