YAP böyük hədəflər partiyasıdır
30.03.2021 [08:57]
Tofiq Cahangirov
Akademik C.Abdullayev adına
Elmi-Tədqiqat Kardiologiya
İnstitutunun şöbə rəhbəri,
YAP İdarə Heyətinin üzvü,
professor
Yeni Azərbaycan Partiyasının (YAP) martın 5-də keçirilən VII qurultayı həm partiyamızın, həm də ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə kimi yadda qaldı. Qurultayın əlamətdar cəhətlərindən biri onun Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanmasından sonraya təsadüf etməsi idi.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda proqram xarakterli çıxışı zamanı bu məqamın üzərində geniş dayandı. Cənab Prezident son 17 il ərzində münaqişə ilə bağlı bütün çıxışlarında Azərbaycan xalqının heç vaxt bu işğalla barışmayacağını vurğuladığını diqqətə çatdırdı: “Mən son 17 il ərzində münaqişə ilə bağlı bütün çıxışlarımda deyirdim ki, heç vaxt Azərbaycan xalqı bu işğalla barışmayacaq. Heç vaxt Azərbaycan imkan verməyəcək ki, tarixi, əzəli torpaqlarında ikinci erməni dövləti yaradılsın. Heç vaxt bizi tam qane etməyən razılaşma ilə barışmayacağıq və müharibədən əvvəl müxtəlif çıxışlarda, müsahibələrdə deyirdim ki, bizə hansısa yarımçıq sülh müqaviləsi lazım deyil. Biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik. Biz tarixi ədaləti tam bərpa etməliyik. Çünki yarımçıq razılaşma bizim xalqımızın maraqlarına cavab vermirdi, tarixi ədalətə cavab vermirdi. Yarımçıq razılaşma istər-istəməz gələcəkdə müharibə risklərini artıra bilərdi. Bizə isə tam, mütləq qələbə lazım idi. Biz bu mütləq qələbəni qazandıq, düşməni darmadağın etdik, düşmən ordusunu məhv etdik və istədiyimizə nail olduq”.
Prezident İlham Əliyev çıxışı zamanı, eyni zamanda, partiyanın qurultayını zəruri edən səbəblər barədə danışdı və müharibədə qazandığımız möhtəşəm qələbənin bölgədə yeni reallıqlar yaratdığını vurğuladı. Bu yeni reallıqlar dövlətimizin, ölkəmizin, eyni zamanda, hakim partiya kimi YAP-ın müasir çağırışlara cavab verməsini tələb edir, qarşımıza yeni hədəflər, yeni vəzifələr qoyur. Yeni Azərbaycan Partiyasının VII qurultayı həm də bu hədəf və vəzifələrin müəyyən edilməsi, onların xalqa, siyasi qüvvələrə, partiyamızın üzvlərinə çatdırılması baxımından əlamətdar və vacib idi.
Ümumiyyətlə, yarandığı 1992-ci ildən indiyədək Yeni Azərbaycan Partiyası böyük amallar, ali hədəflər partiyası olduğunu dəfələrlə sübut edib. 29 il əvvəl Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan, 1993-cü ildə Onun xalqımızın istək və tələbi ilə hakimiyyətə gəlişindən sonra hakim siyasi partiya statusunu alan YAP daim siyasi proseslərin önündə oldu, Ümummilli Liderimizin əsasını qoyduğu siyasətin həyata keçirilməsində öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldi. Qeyd etmək yerinə düşər ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan sabitlik, iqtisadi inkişaf və qələbəyə hesablanan siyasi kurs 2003-cü ildən isə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Bu baxımdan Cənab Prezidentin qurultayda vurğuladığı fikirlər çox yerinə düşür: “Biz bütün işləri ardıcıllıqla edirik və əgər son 17 illik tariximizə nəzər salsaq görərik ki, qarşıya hədəflər qoyulurdu, hədəflər düzgün müəyyən edilirdi, biz bu hədəflərə çatırdıq və ondan sonra qarşımıza yeni hədəfləri qoyurduq. Beləliklə, həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişafı təmin etdik, beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevirdik və əsas məsələmizi - ərazi bütövlüyümüzün bərpasını təmin etdik”.
Beləliklə, YAP-ın son qurultayı həm ölkəmizin, həm də partiyamızın həyatında böyük bir tarixi mərhələyə yekun vurdu, həmçinin yeni, məsuliyyətli növbəti mərhələnin başlanğıcını qoydu. Hakim partiya yeni mərhələyə həm struktur dəyişiklikləri, həm kadr potensialının yenilənməsi, gənc kadrların rəhbər strukturlara cəlb edilməsi, daha çevik və effektiv idarəetmə sisteminin təmin olunması ilə qədəm qoydu.
Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva YAP Sədrinin I müavini təyin olundu. Mehriban xanımın partiyamızın Sədrinin birinci müavini kimi fəaliyyəti YAP-ın nüfuzunun və gücünün, Yeni Azərbaycan Partiyasına ictimai dəstəyin daha da artması baxımından olduqca mühüm əhəmiyyətə malikdir.
Prezident İlham Əliyevin başlatdığı yeni islahatlar dalğasında gənclər yenə də prosesin mərkəzindədirlər. Qurultayda bu istiqamətdə də vacib qərarlar qəbul olundu, Belə ki, YAP-ın yeni formalaşan İdarə Heyətində kifayət qədər gənc təmsil olundu.
Eyni zamanda, qurultayda YAP-ın öz ənənələrinə, varislik prinsipinə sadiq olduğu da qəbul olunan qərarlarla bir daha təsdiqini tapdı. Belə ki, YAP-ın Veteranlar Şurası yaradıldı. Prezident İlham Əliyev gənclərin gələcək həyata hazırlıqlı olmasının həm də təcrübəli nəslin fəaliyyətindən asılı olduğunu vurğuladı və bu baxımdan Yeni Azərbaycan Partiyasında Veteranlar Şurası yaradılmasının çox önəmli addım olduğunu qeyd etdi.
Qurultayda yaddaqalan məqamlardan biri də siyasi islahatlar, siyasi mühitin sağlamlaşdırılması, ölkədəki sağlam siyasi qüvvələr arasında inteqrasiyanın, dialoqun daha də dərinləşdirilməsi ilə bağlı idi. YAP-ın qarşıdakı dövr üçün prioritetləri sırasında bu məsələ də xüsusi yer aldı.
Bütövlükdə, YAP-ın qarşıdakı dövr üçün prioritetləri arasında dövlət müstəqilliyinin möhkəmləndirilməsi, müstəqillik dövrü tariximizin obyektiv öyrənilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, Böyük Qayıdış proqramının reallaşdırılması, ordumuzun daha da gücləndirilməsi, bütün sahələrdə islahatların dərinləşdirilməsi və s. kimi dövlətimiz üçün həyati vacib məsələlər yer aldı. Cənab İlham Əliyev partiyanın üzvləri və fəalları qarşısında yaranan yeni reallıqlardan irəli gələn vəzifələr qoydu.
Hesab edirəm ki, indiyə qədər olduğu kimi, yeni mərhələdə də partiyamız fəaliyyətini müasir dövrün tələblərinə uyğun quracaq, qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcək və daha böyük uğurlar qazanacaq.
Fürsətdən istifadə edib dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə bizə göstərilən etimada görə dərin təşəkkürümüzü bildirir və qeyd etmək istəyirəm ki, bu məsuliyyətli etimadı layiqincə doğrultmağa çalışacağıq.
Xəbər lenti
Hamısına baxDünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02

