/ / Cavanşir Paşazadə: Xalqımızın birliyi Vətən müharibəsində qələbənin təmin olunmasında mühüm rol oynadı
Cavanşir Paşazadə: Xalqımızın birliyi Vətən müharibəsində qələbənin təmin olunmasında mühüm rol oynadı
19.12.2020 [00:23]
“Dövlətimiz son 30 il ərzində ərazi bütövlüyümüzün təmin olunması üçün diplomatik müstəvidə fəal iş aparmaqla yanaşı Silahlı Qüvvələrinin möhkəmləndirilməsini də davamlı şəkildə diqqət mərkəzində saxlayıb. Hər il respublikamızın dövlət büdcəsindən Ordunun maddi-texniki təchizatını möhkəmlətmək, şəxsi heyətin döyüş hazırlığını artırmaq məqsədilə işğalçı Ermənistanın ümumi büdcəsindən çox həcmdə maliyyə vəsaitləri ayrılıb. Bu gün Ordumuzun arsenalında dünyanın ən qabaqcıl şirkətlərinin istehsalı olan döyüş texnikaları var. Təsadüfi deyildir ki, beynəlxalq reytinq agentlikləri yaydıqları hesabatlarda Azərbaycanın Silahlı Qüvvələrini dünyanın 50 ən güclü ordusu siyahısına daxil ediblər”. Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.
Cavanşir Paşazadə bildirib ki, ordu quruculuğu ilə bağlı digər bir mühüm məqam ondan ibarətdir ki, respublikamızda qısa müddətdə güclü müdafiə sənayesi qurulub. Hazırda Ordumuzun silah-sursatla təchizatının müəyyən hissəsi daxili istehsal hesabına qarşılanır. Prezident İlham Əliyev məhz Silahlı Qüvvələrimizin gücünə istinad edərək həmişə deyirdi ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli var. Zaman göstərdi ki, Azərbaycan Prezidentinin yanaşmasının alternativi yoxdur. Ölkəmiz üç onillik ərzində davam edən münaqişənin həllinə məhz öz Ordusunun gücü ilə nail oldu. Azərbaycanın Silahlı Qüvvələri 44 gün ərzində düşmənə layiqli dərs verdi və onun hərbi birləşmələrini darmadağın etdi. Düşmən noyabrın 8-də Şuşada sarsıdıcı məğlubiyyətə uğradıqdan, ertəsi gün isə daha 70-dən çox yaşayış məntəqəsində mövqelərini itirdikdən sonra müharibəni davam etdirməyin heç bir mənası olmadığını dərk etdi və noyabrın 10-da kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı.
“Bütün ümummilli məsələlərdə olduğu kimi, Dağlıq Qarabağ probleminin həllinə münasibətdə də cəmiyyətimiz dövlətlə sıx həmrəylik göstərib, necə deyərlər, çəkici həmişə bir zindana vurub. Bu da ümumi qələbəmizi təmin edib. Vətən müharibəsində qələbə çalmaq, özünün ərazi bütövlüyünü təmin etmək Azərbaycanın haqqı idi və respublikamız buna nail oldu. Üç onillik ərzində Ermənistanın işğalçılıq siyasəti ucbatından yaranan Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın gündəliyində bir nömrəli məsələ kimi dayandı. Prezident İlham Əliyev müxtəlif beynəlxalq təşkilatların ali kürsülərindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətləri Özünəxas diplomatik məharətlə dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Vətən müharibəsinin davam etdiyi günlərdə xalqımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi, Ona qətiyyətli dəstək verməsi bütün dünyaya göstərdi ki, Azərbaycan xalqı və dövləti ölkənin ərazi bütövlüyünün təmin olunmasında israrlıdır, bu məsələdə hansısa bir fikir ayrılığından söhbət belə gedə bilməz. Vətən müharibəsinin elə ilk günlərindən respublikamızda fəaliyyət göstərən əksər partiyalar və vətəndaş təsisatları fərqli siyasi baxışlarını kənara qoyaraq Prezident, Ali Baş Komandan İlham Əliyevə dəstək verdiklərini bildirdilər. Bax, xalqımızın belə möhkəm birliyi Vətən müharibəsində qələbənin təmin olunmasında mühüm rol oynadı”, - deyə millət vəkili vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02

