Ramil Həsən: Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır
18.12.2020 [09:13]
“Dekabrın 10-da keçirilən möhtəşəm Zəfər paradı ilə müzəffər Azərbaycan Ordusu öz gücünü bir daha işğalçı Ermənistana və bütün dünyaya nümayiş etdirdi. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi şərəfinə Bakıda keçirilən Zəfər paradında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevlə birgə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, habelə Azərbaycan Ordusunun müzəffər əsgərləri ilə bərabər Türkiyə Silahlı Qüvvələrinin hərbçilərinin iştirakı Azərbaycan-Türkiyə qardaşlığının daha bir nümunəsidir”. Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən deyib.
Ramil Həsən bildirib ki, cənab Ərdoğanın səfəri zamanı iki ölkə arasında imzalanan sənədlər və dövlət başçılarının mətbuat üçün açıqlamalarında səsləndirdikləri fikirlərlə Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının sarsılmazlığı bir daha bütün dünyaya nümayiş etdirildi.
Millət vəkilinin sözlərinə görə, əzəmətli Zəfər paradından sonra regiona səfər edən ATƏT-in Minsk qrupunun ABŞ və Fransadan olan həmsədrlərinin diqqətinə də Azərbaycanın regionda yaratdığı yeni reallıqlar çatdırıldı: “Əslində, ATƏT-in Minsk qrupunun həmsədrlərinin indiki məqamda regiona səfərləri elə də önəm daşımır. Prezident İlham Əliyevin onlarla görüşdə xüsusi vurğuladığı kimi, rəsmi Bakı onları dəvət etməyib, onlar sırf öz təşəbbüsləri ilə gəliblər. Çünki 30 ilə yaxındır fəaliyyət göstərməsinə rəğmən, ATƏT-in Minsk qrupu münaqişənin həllində heç bir rol oynamadı. Münaqişəni Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun dəmir yumruğu həll etdi. Bu da ATƏT-in Minsk qrupunun lazımsız bir qurum olduğunu göstərdi. Əslində, həmsədrlər Ermənistanı heç vaxt işğalçı adlandırmayıb, onu işğal etdiyi torpaqlardan çıxmağa məcbur etməyib. Həmsədrlər daha çox bir-birinin təkrarı olan bəyanatlar səsləndirməklə kifayətləniblər. Onlardan fərqli olaraq Türkiyə hər zaman ədalətli mövqeyimizi dəstəkləyib və qələbəmizin əldə olunmasında bu amil mühüm rol oynadı”.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23

