YAP Qadınlar Şurası “Ölkəni xilas edən böyük qayıdış” adlı regional videokonfrans keçirib
13.06.2020 [09:44]
Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurası 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Ölkəni xilas edən böyük qayıdış” adlı regional videokonfrans keçirib.
Videokonfransda çıxış edən YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü, Bakı Slavyan Universitetnin rektoru Nurlana Əliyeva Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən danışıb. Onun sözlərinə görə, Azərbaycanda hakimiyyətinin hələ birinci dövründə Ulu Öndər Heydər Əliyev respublikamızı sürətli inkişaf yoluna çıxardı. Sosial-iqtisadi sahədə əldə edilmiş uğurlar nəticəsində xalqımızın rifah halı yaxşılaşdı, bütün sahələrdə - elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə görünməmiş inkişafa nail olundu. Ümummilli Liderimiz talenin Onun üçün nəzərdə tutduğu vəzifənin -Azərbaycan dövlət müstəqilliyinin əsaslarını yaratmaq və onu qorumaq missiyasının öhdəsindən layiqincə gəldi. Qarşıya çıxan çətinliklərə, problemlərə baxmayaraq, milli dövlətçiliyimizin formalaşması üçün ilkin zəmini məhz sovet hakimiyyəti illərində hazırladı. Dəmir iradəsi, yorulmazlığı, qeyri-adi müdrikliyi, dövlət siyasətindən peşəkar səviyyədə baş çıxarması nəticəsində Heydər Əliyev yalnız keçmiş SSRİ məkanında deyil, beynəlxalq miqyasda tanınmış siyasi xadimə çevrildi.
“Bu nüfuz, hörmət və mənsub olduğu xalqın sevgisi nəticəsində lider səviyyəsinə qalxan Heydər Əliyev müstəqilliyin ilk illərində də Azərbaycanı xaosdan, qardaş qırğınından, dövlətçiliyin tamamilə itirilməsi təhlükəsindən xilas etdi. Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdan Ulu Öndər nəinki bütün bunların qarşısını aldı, eyni zamanda Azərbaycanın gələcək inkişaf strategiyasını işləyib hazırladı, müstəqil dövlətçiliyimizin möhkəm təməllərini yaratdı”, - deyən N.Əliyevanın sözlərinə görə, qurtuluş məfkurəsi dövlətimizin və xalqımızın xilası kimi səciyyələnir. Xilaskarlıq missiyasının müəllifi isə Ulu Öndər Heydər Əliyevdir.
YAP Qadınlar Şurasının sədri hazırda Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb. O, Azərbaycan qadınlarının dövlətçiliyə sadiq olduğunu və ölkəmizin inkişafı prosesində yaxından iştirak etdiyini diqqətə çatdırıb.
Regional videokonfransda, həmçinin YAP Şəki şəhər təşkilatı Qadınlar Şurasının sədri Zərinə Cavadova, YAP Yevlax şəhər təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova və YAP Şuşa rayon təşkilatı Qadınlar Şurasının sədri Vüsalə Fətəliyeva çıxış edərək bildiriblər ki, hakimiyyətə tarixi qayıdışından sonra həyata keçirdiyi islahatlar, yeritdiyi siyasət nəticəsində Azərbaycanı bütün dünyaya tanıdan Ümummilli Lider Heydər Əliyev xalqımızın öz seçimində yanılmadığını sübut etdi. Sevindirici haldır ki, dahi öndərin əsasını qoyduğu ideyalar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, Azərbaycan xalqı dövlət başçısının rəhbərliyi altında xoşbəxt gələcəyə doğru qətiyyətlə addımlayır.
Xəbər lenti
Hamısına baxDünya
03 May 17:15
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19

