Azərbaycan Texniki Universitetində YAP-ın yaradılmasının 27-ci ildönümü qeyd olunub
21.11.2019 [09:55]
Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 27-ci ildönümü münasibətilə Azərbaycan Texniki Universiteti (AzTU) və YAP Yasamal rayon təşkilatı birgə tədbir keçirib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rektor, YAP Rəyasət Heyətinin üzvü Vilayət Vəliyev partiya üzvlərini əlamətdar hadisə münasibətilə təbrik edib, partiyanın yaranma tarixi barədə məlumat verib. Bildirib ki, hazırda partiyanın üzvlərinin 40 faizini gənclər təşkil edir. Bu gün ölkədə aparılan siyasətin ən başlıca hədəfi gənclərin həyatda öz layiqli yerlərini tutmasıdır. Bunun da ən vacib istiqaməti təhsildir. Müharibə şəraitində olan ölkədə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə, eləcə də elm və təhsilin inkişafına xüsusi diqqət göstərilməlidir. Vilayət Vəliyev AzTU-nun 50 tələbəsinin torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olduğunu, onlardan 10-nun Milli Qəhrəman adına layiq görüldüyünü xatırladıb. Bildirib ki, Aprel döyüşlərində AzTU-nun 4 məzunu - Müşfiq Orucov, Əbdülməcid Axundov, Mahir Quliyev və Elvin Mirzəyev şəhid olub.
Daha sonra çıxış edən Yasamal rayonu, Hüseyn Cavid 25 ərazi ilk təşkilatının sədri Şikar Qasımov bildirib ki, hazırda partiyanın 750 min üzvü var. O partiyanın fəaliyyətində gənclərin rolunu xüsusi qeyd edib, ölkədə gənclər siyasətinin uğurla aparıldığını diqqətə çatdırıb.
YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Əsmər Nəbiyeva rayonda gənclərlə bağlı aparılan işlərdən danışıb.
YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Yeni Azərbaycan Partiyasının yaranma səbəbləri və həmin dövrün ictimai-siyasi vəziyyəti barədə məlumat verib. Bildirib ki, Azərbaycan 1990-cı illərin əvvəllərində çox çətin vəziyyətdə olub. Belə bir vəziyyətdə Ulu Öndərin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranması və Ulu Öndərin yenidən hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edib. Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi YAP-ın bugünkü və gələcək inkişafını şərtləndirən əsas amildir.
Tədbirdə AzTU-nun əməkdaşları və tələbələrindən 26 nəfərin YAP üzvlüyünə qəbul olunması ilə bağlı müraciətə baxılıb. Universitetin YAP üzvlüyünə yeni qəbul olan 13 tələbəsinə isə partiya vəsiqələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54

