/ / YAP Nərimanov rayon təşkilatının təşəbbüsü ilə Bakı Avrasiya Universitetində tələbə-gənclərlə görüş keçirilib
YAP Nərimanov rayon təşkilatının təşəbbüsü ilə Bakı Avrasiya Universitetində tələbə-gənclərlə görüş keçirilib
01.10.2019 [09:31]
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının təşəbbüsü ilə Bakı Avrasiya Universitetində tələbə-gənclərlə görüş keçirilib. Görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Bakı Avrasiya Universitetinin prorektoru Gülzar İbrahimova, YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Nərminə Yunusova və fəal gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Bakı Avrasiya Universitetinin prorektoru Gülzar İbrahimova bildirib ki, Ulu Öndər Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi, zəngin dövlətçilik təcrübəsi nəticəsində Azərbaycan dövlətçiliyi məhvolma təhlükəsindən xilas olub. Bu gün müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla gələcəyə doğru addımlayır.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev çıxışında bildirib ki, Ulu Öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirib, ölkəmizin həyatında yeni mərhələnin əsasını qoyub, yarandığı vaxtdan partiyamız siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. Onun sözlərinə görə, YAP Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verir.
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Nərminə Yunusova çıxış edərək qeyd edib ki, Yeni Azərbaycan Partiyası gənclər üçün böyük siyasi məktəbdir. Bunun nəticəsi olaraq, onlar siyasətçi kimi formalaşırlar. Gənclərimiz arasında mühüm dövlət strukturlarına irəli çəkilənlərin də sayı çoxdur ki, bunun əsas səbəbi onların partiyamızın yetirmələri olmasıdır. O, partiyanın gəncliyin inkişafı üçün uğurlu fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Sonra YAP Nərimanov rayon təşkilatının məsləhətçisi, GB-nin sədr müavini Vüsal Əliyev və Bakı Avrasiya Universitetinin mətbuat xidmətinin rəhbəri Kamil Məhəmmədli çıxış edərək bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan YAP qısa müddət sonra iqtidar partiyasına çevrildi. Natiqlər bu gün Ulu Öndərin siyasi kursunun Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycanın yeni-yeni uğurlar əldə etdiyini və partiyanın gəncliyin inkişafı üçün uğurlu fəaliyyət göstərdiyini diqqətə çatdırıblar.
Sonda Yeni Azərbaycan Partiyasına yeni üzv olan tələbələrə partiyanın üzvlük vəsiqələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxHadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13

