“Ailə və cəmiyyət: ənənə və məsuliyyət”
28.09.2019 [10:24]
YAP İcra Katibliyində partiyanın Qadınlar Şurasının təşkilatçılığı ilə bu mövzuda konfrans keçirilib
Sentyabrın 27-də Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində partiyanın Qadınlar Şurasının təşkilatçılığı ilə “Ailə və cəmiyyət: ənənə və məsuliyyət” mövzusunda konfrans keçirilib. Konfransda bir sıra siyasi partiyaların qadın təşkilatlarının nümayəndələri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Tədbirdə giriş sözü ilə çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı bildirib ki, ailə xalqımızın əsas dəyərləri sırasındadır. Onun sözlərinə görə, bu gün ölkəmizdə ailə institutunun qorunması prioritet məsələlərdəndir. Tarixin hər bir mərhələsində ailə cəmiyyətin inkişafında mühüm rol oynayıb. Cəmiyyətin inkişafı ailənin rifahından, ailədaxili sağlam mənəvi mühitdən, ailə münasibətlərinin yüksək əxlaqi dəyərlər əsasında təşkilindən çox asılıdır. Buna görə də cəmiyyət həmişə ailənin möhkəm bünövrə əsasında qurulmasına, inkişafına çalışır. Azərbaycan ailəsi dünyada özünəməxsusluğu ilə seçilir. Bizim qədimdən gələn ailə modelimiz var.
Millət vəkili qeyd edib ki, ölkəmizdə gender bərabərliyi haqqında mükəmməl qanunvericilik bazası yaradılıb. Bununla belə, M.İbrahimqızı deyib ki, mütəmadi aparılan maarifləndirmə işlərinə baxmayaraq, hələ də məişət zorakılığı hallarına rast gəlinir. O, son vaxtlar AXCP rəhbərliyində təmsil olunan bir şəxsin öz həyat yoldaşına və qızına qarşı törətdiyi zorakılığın cəmiyyətdə ciddi etirazla qarşılandığını və pislənildiyini diqqətə çatdırıb. M.İbrahimqızı AXCP-nin bu hadisəyə görə Azərbaycan qadınlarından üzr istəməli olduğunu deyib.
Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı çıxışında bu hadisənin gündəmin əsas mövzularından olduğunu deyib. Onun sözlərinə görə, buna səbəb hakimiyyətə iddia edən bir siyasi partiyanın rəhbərliyində olmuş şəxsin öz ailə üzvlərinə qarşı zorakı hərəkətləridir. Bu səbəbdən də həmin hadisə cəmiyyətdə ciddi qınaq obyektinə çevrilib. Belə adamların ailəsində bu cür hadisələrin baş verməsi cəmiyyət üçün təhlükəlidir.
“Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı isə bildirib ki, bu məişət zorakılığını törədən adam partiya sıralarından istefa verdi: “Amma mən bunu kağız üzərində istefa hesab edirəm. O, yenə öz fəaliyyətinə davam edəcək. O, xanımından da, uşaqlardan da, bütün Azərbaycan qadınlarından da üzr istəməlidir. Biz bu gün bəzi insanların qəddarlığını, onların söyüş söydüyünü müşahidə edirik. Bunların hamısının təməli ailədə qoyulur. Media da bu yöndə daha çox maarifləndirici iş aparmalıdır ki, ailələrdə zorakılıq, şiddət olmasın”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının nümayəndəsi Nəzakət Məmmədova çıxışında tədbirin çox önəmli, aktual məsələyə həsr olunduğunu bildirib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasında bu tədbirin təşkil edilməsi göstərdi ki, partiya siyasi baxışlarına baxmayaraq, bütün vətəndaşlara eyni cür yanaşır, eyni münasibəti göstərir. N.Məmmədova qeyd edib ki, Avropa dəyərlərini, Avropaya inteqrasiyanı, demokratiya məsələlərini ön plana çəkən, fəaliyyətində əsas şüara çevirən bir siyasi partiyanın funksionerlərinin Avropa dəyərlərinə, ümumiyyətlə insan hüquqlarına zidd olan davranışları, heç şübhəsiz, tənqid olunmalıdır: “Təqdirəlayiq hal odur ki, cəmiyyət bu hadisəyə çox adekvat reaksiya verdi. Bunu şiddətlə qınadı. Yəni cəmiyyətimiz bu cür məsələlərə biganə qalmır. Dövlət də kimliyindən asılı olmayaraq, bütün vətəndaşların, o cümlədən müxalif baxışlara malik vətəndaşların hüquqlarını qoruyur. Onların problemlərini ictimai müzakirəyə çıxarır. Bu da təqdirəlayiq hal kimi qeyd olunmalıdır”.
Nəzakət Məmmədova bildirib ki, qadın hüquqlarının, ümumiyyətlə ölkədə insan hüquqlarının qorunmasına diqqət dövlət siyasətinin qayəsini təşkil edir: “Dövlət heç bir vətəndaşının problemlərini diqqətdən kənarda qoymur. Siyasi partiyaların, ictimai təşkilatların, vətəndaş cəmiyyəti institutlarının da bu cür həmrəylik nümayiş etdirməsi təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Yəni cəmiyyət bu cür məsələlərdə həmrəylik göstərir və bunu şiddətlə qınayır”.
Tədbirdə digər çıxış edənlər də qeyd ediblər ki, Azərbaycan cəmiyyətində qadına hörmət təməl dəyərlərdən biridir. Qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı cəmiyyətimiz tərəfindən həmişə mənfi qarşılanıb. Çıxışlarda AXCP rəhbərliyində təmsil olunan bir şəxsin öz ailə üzvlərinə qarşı zorakılığı qətiyyətlə pislənilib.
Qeyd edək ki, sonda konfransda iştirak edən 8 siyasi partiyanın qadın təşkilatlarının rəhbərləri və 30 qeyri-hökumət təşkilatı sədrlərinin adından müraciət qəbul olunub. Müraciətdə bir daha AXCP rəhbərliyində təmsil olunmuş Fuad Qəhrəmanlının öz həyat yoldaşına və qızına qarşı zorakılıq hərəkətləri qətiyyətlə pislənilib. Müraciətdə həmçinin müəyyən insan hüquq müdafiə təşkilatlarının bu məsələdə susqunluğu da pislənilib.
Bu da qeyd olunur ki, həmin xoşagəlməz hadisə əvvəlcədən partiya rəhbərliyinə də məlum olub, bununla belə, zorakılığın qarşısını almaq üçün heç bir tədbir görülməyib. Ona görə də AXCP rəhbərliyi tam tərkibdə istefa verməli və Azərbaycan qadınlarından üzr istəməlidir.
Müraciətdə məlum zorakılıq hadisələri bir cinayət kimi qimətləndirilib və hüquq-mühafizə orqanlarına bu hadisənin ciddi şəkildə araşdırılması və qanun çərçivəsində müvafiq addımların atılması üçün çağırış edilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26

