/ / Baş nazirin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyəti ilə görüşüb
Baş nazirin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyəti ilə görüşüb
24.07.2019 [09:30]
İyulun 23-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Taonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan Əli Əhmədov Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası, eləcə də Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasındakı əməkdaşlığın mövcud durumundan bəhs edərək münasibətlərin daha da inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib. İki ölkənin xalqları arasında əlaqələrin tarixi köklərə malik olduğunu deyən Baş nazirin müavini qeyd edib ki, ötən dövr ərzində xalqlarımız böyük inkişaf yolu keçib. Onun sözlərinə görə, bu gün siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimiz uğurla davam edir. Münasibətlərimizin xoşniyyətli olduğunu söyləyən Əli Əhmədov əlaqələrin gələcək inkişafı üçün möhkəm bazanın mövcud olduğunu diqqətə çatdırıb.
Prezident İlham Əliyevin Çin Kommunist Partiyasının nümayəndə heyətini qəbul etdiyini xatırladan Əli Əhmədov dövlətimizin başçısının Çin ilə əlaqələrin inkişafına böyük önəm verdiyini söyləyib.
YAP Sədrinin müavini Azərbaycan ilə Çin arasındakı dostluq əlaqələrinin əhəmiyyətini vurğulayaraq, ortaq iqtisadi maraqlar, hər iki ölkənin tarixi İpək Yolunun bərpasındakı rolu və digər bu kimi amillərin əməkdaşlığın inkişafına zəmin yaratdığını qeyd edib. Əli Əhmədov deyib ki, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyasının münasibətləri də uğurla davam edir və mütəmadi olaraq baş tutan qarşılıqlı səfərlər bu münasibətlərin inkişafına xidmət göstərir. Partiyalar arasında münasibətlər öz növbəsində dövlətlərin əlaqələrinin daha da gücləndirilməsinə müsbət təsir edir.
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Tao isə Azərbaycana ilk dəfə səfər etdiyini deyərək ölkəmizin qonaqpərvərliyini, insanların xoş münasibətini yüksək dəyərləndirib. O bildirib ki, Prezident İlham Əliyevlə görüşdə iki ölkə arasında münasibətlərin mövcud durumu və əlaqələrimizin inkişafına dair geniş fikir mübadiləsi aparılıb.
Sun Tao qeyd edib ki, Çin Xalq Respublikası Sədrinin və Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə müxtəlif sahələri əhatə edən əlaqələrimiz uğurla inkişaf edir. Qonaq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişaf etdiyini diqqətə çatdırıb və Çinin Azərbaycanın uğurlarına sevindiyini söyləyib. Sun Tao bu ilin aprelində Pekində keçirilən “Bir kəmər, bir yol” beynəlxalq forumunda Prezident İlham Əliyevin iştirakının önəmini qeyd edib. Onun sözlərinə görə, hər iki ölkənin liderləri qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi üçün uğurlu siyasət həyata keçirirlər. O, Çin Kommunist Partiyasının Yeni Azərbaycan Partiyası ilə əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Əkrəm Zeynallı görüşdə iştirak edib.
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31

