Yeni Azərbaycan Partiyası bu dəfəki bələdiyyə seçkilərində də qələbə qazanacaq
25.11.2009 [10:14]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatında dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində namizədliyi qeydə alınmış YAP üzvləri üçün treninq təşkil olunub. YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov çıxış edərək bildirib ki, yerli özünüidaretmə orqanına-bələdiyyəyə seçkilərə hazırlıq partiya üzvləri qarşısına ciddi vəzifələr qoyur. Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar görülmüş işlərdən danışan rayon təşkilatının sədri ötən müddət ərzində bələdiyyə üzvlüyünə namizədliyini irəli sürülən YAP üzvləri ilə mütəmadi görüşlər keçirildiyini deyib.
R.Cəbrayılov qeyd edib ki, YAP Salyan rayon təşkilatı bələdiyyə seçkiləri ilə bağlı ilkin mərhələni uğurla sona çatdırıb: “Bələdiyyələrin fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması üçün qanunvericilikdə edilmiş dəyişikliklərə uyğun olaraq, rayonda fəaliyyət göstərən yerli özünüidarəetmə orqanlarının birləşməsi baş verib. Salyan rayonunda birləşməyə qədər 45 bələdiyyə fəaliyyət göstərirdisə, onların sayı 20-yə enib. Bu bələdiyyələrə ümumilikdə 198 üzv seçiləcək. YAP Salyan rayon təşkilatı tərəfindən bütün bələdiyyələrə namizədlər irəli sürülüb. Xatırladım ki, indiyə qədər bələdiyyələrdə təmsil olunan gənclərin və qadınların sayı az idisə, bu dəfə ümumi sayın 30 faizini təşkil edir. İndiyədək ölkəmizdə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyası hər zaman böyük səs çoxluğu ilə qələbə qazanıb”.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, millət vəkili, partiyanın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi Arif Rəhimzadə bələdiyyə seçkiləri ilə bağlı nəzərdə tutulan işlərin birinci mərhələsinin uğurla başa çatdığını deyib. Millət vəkili deyib ki, YAP-ın qeydə alınmış namizədlərinin seçkilərdə qələbə qazanmaq şansları olduqca böyükdür: “Bələdiyyə sistemi ildən-ilə inkişaf edir, insanların bu struktura inamı artır, onların səlahiyyətləri daha aydın olur. Bu il Milli Məclis tərəfindən bələdiyyələrdə islahatların aparılması ilə bağlı qanun dəyişikliyi bu strukturun daha da inkişaf etməsinə imkan yaradacaq. Mən inanıram ki, Salyan seçiciləri hər zaman olduğu kimi, bu dəfə də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər. Bunun üçün isə təbliğat- təşviqat dövründə seçicilərlə daim təmasda olmaq lazımdır”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi Hikmət Babaoğlu bələdiyyələrin Azərbaycanın inkişafındakı yerindən bəhs edib. Baş redaktor bildirib ki, Yeni Azərbaycan Partiyası hər zaman xalqın inamını, etimadını qazanıb və bu etimadı doğruldub. Səlahiyyətli nümayəndə qarşıdan gələn bələdiyyə seçkilərində də xalqımızın Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəyinə əminliyini ifadə edib. Daha sonra YAP-ın bələdiyyə seçkilərinə “Xalqa xidmət naminə” şüarı ilə getdiyini vurğulayan səlahiyyətli nümayəndə qeyd edib ki, partiyamız bu seçkilərdə qarşısına bir sıra məqsədlər də qoyub. YAP yerli özünüidarəetmənin demokratikləşməsinin dərinləşməsi, bələdiyyələrin fəaliyyətinin hüquqi əsaslarla daha keyfiyyətli təmin olunması məqsədilə bazanın möhkəmləndirilməsi, “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasında bələdiyyələrin fəal iştirakının təmin edilməsi, yerli resursların daha səmərəli şəkildə istifadəsinin təşkili, bələdiyyə ərazilərində maddi mədəniyyət abidələrinin qorunması, turizm potensialının inkişafı, buna paralel olaraq, bölgələrdə turizmin inkişafının təmin olunması və digər mühüm məsələlərin həlli dekabrın 23-də keçiriləcək seçkilərdən sonra formalaşacaq bələdiyyələrin əsas diqqət ayırmalı olduğu başlıca vəzifələrdir.
Millət vəkili, Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi Əkrəm Abdullayev də öz çıxışında qeyd edib ki, ölkəmiz son beş ildə daha da güclənib. Böyük sosial dayağa malik olan YAP-ın bələdiyyə seçkilərində inamlı qələbəsini şərtləndirən bir çox faktorların mövcud olduğunu bildirən natiq vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət respublikamızın inkişafını sürətləndirib və hər bir vətəndaş bunu öz həyatında hiss edir. ölkəmizin ümumi inkişafına öz töhfəsini verən YAP-ın resurslarının güclənməsi də məhz keçirilən seçkilərdə öz təsdiqini tapır. Ə.Abdullayev YAP-ın namizədlərinin bələdiyyə seçkilərində inamlı qələbə qazanacağına əminliyini ifadə edib.
Daha sonra namizədlikləri irəli sürülən şəxslərin sualları cavablandırılıb.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

