YAP Abşeron rayon təşkilatında namizədlər üçün treninq keçirilib
24.11.2009 [10:58]
Yeni Azərbaycan Partiyasının rayon təşkilatları bələdiyyə seçkilərində irəli sürülən namizədlər üçün keçirilən treninqləri davam etdirirlər. Belə treninqlərdən biri də dünən YAP Abşeron rayon təşkilatında reallaşıb.
Rayon təşkilatının irəli sürdüyü namizədlərlə keçirilən görüşdə çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev ilk olaraq bələdiyyə seçkilərinə hazırlıqlarla bağlı həyata keçirilən işlərdən söz açıb.
Bilman Vəliyev söyləyib ki, Milli Məclisdə bələdiyyələrin birləşdirilməsi ilə bağlı qanun qəbul olunduqdan sonra bu sahədə mühüm təkmilləşmə işləri aparılıb: “YAP Abşeron rayon təşkilatı bütün yerlərə öz namizədlərini irəli sürüb. Artıq namizədlərin müvafiq seçki komissiyaları tərəfindən qeydə alınması prosesi uğurla başa çatıb”.
Rayon sakinlərinin dövlətə və dövlətçiliyimizə daim sədaqət nümayiş etdirdiyini vurğulayan Bilman Vəliyev qarşıdan gələn bələdiyyə seçkilərində də bunun təsdiqlənəcəyini söyləyib: “Abşeronlular Azərbaycanın inkişafı, dövlətçiliyimizin möhkəmlənməsi yolunda edilmiş səyləri, atılmış addımları yüksək qiymətləndirir. Ona görə də, rayonumuzun sakinləri YAP-a rəğbət bəsləyir, onu dəstəkləyir”.
YAP-ın bələdiyyə seçkilərinə “Xalqa xidmət naminə” şüarı ilə getdiyini xatırladan Bilman Vəliyev bildirib ki, partiyamız bu seçkilərdə də parlaq qələbə qazanacaq.
Rayon təşkilatının sədri deyib ki, əvvəlki seçkilərlə müqayisədə budəfəki siyasi kampaniyada iştirak edən namizədlərin tərkibində qadınların, gənclərin və ali təhsillilərin sayı xeyli artıb: “Abşeron rayonunda 15 bələdiyyə üzrə 167 namizəddən 35 faizi qadın, eyni sayda gənc var, ümumilikdə 80 faiz namizəd isə ali təhsillidir. Əminəm ki, YAP-ın irəli sürdüyü namizədlər rayon əhalisinin böyük əksəriyyətinin etimadını qazanacaq və partiyamızın namizədlərinin çoxu bələdiyyələrdə təmsil olunmaq hüququ əldə edəcək”.
Natiq bildirib ki, özünüidarəetmə orqanları bir struktur kimi Azərbaycanda 1999-cu ildə yaradılıb və tarix baxımından bu qurumları gənc də hesab etmək olar: “Ona görə də, bəzi hallarda təcrübəsizlik öz sözünü deyib və müxtəlif qüsurlar ortaya çıxıb. Amma son illər ərzində qanunvericilikdə edilən dəyişikliklər və əldə olunmuş təcrübə onu deməyə əsas verir ki, artıq növbəti illərdə bələdiyyələrin daha effektiv fəaliyyətinin şahidi olacağıq”.
Sonda namizədlərin çoxsaylı sualları cavablandırılıb.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13

