YAP Samux rayon təşkilatı Gənclər Birliyinin III hesabat-seçki konfransı keçirilib
25.04.2019 [09:48]
Aprelin 24-də Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatı Gənclər Birliyinin III hesabat-seçki konfransı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra konfransı açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qeyd edib ki, ölkəmizdə uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Azərbaycan gəncliyinin dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunduğunu deyən G.Bayramov Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bunun nəticəsində ölkədə yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclərin formalaşdığını qeyd edib.
Sonra YAP Samux rayon təşkilatının Gənclər Birliyinin sədri Arif Ağayev hesabat məruzəsi ilə çıxış edib. O, YAP Samux rayon təşkilatı Gənclər Birliyinin ötən konfransdan bəri gördüyü işlər və qarşıda duran vəzifələr haqqında geniş məlumat verib. Vurğulayıb ki, YAP Samux rayon təşkilatının 5483 nəfər üzvünün 1697 (30,9 faiz) nəfərini gənclər təşkil edir.
Daha sonra məruzə ətrafında çıxış edən gənc fəallardan Nuridə Həsənova, Ülviyyə Salmanova və Rasim İmamquliyev ölkəmizdə həyata keçirilən gənclər siyasətinin səmərəli nəticələrindən bəhs ediblər. Milli Məclisin deputatı Naqif Həmzəyev isə diqqətə çatdırıb ki, Azərbaycan gəncləri ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edirlər. Onun sözlərinə görə, gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərir, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər.
Konfransda YAP Samux rayon təşkilatının Gənclər Birliyinin 9 nəfərdən ibarət Şura üzvləri, 5 nəfərdən ibarət İdarə Heyətinin üzvləri seçiliblər. Səsvermə nəticəsində Qurban Həsənov YAP Samux rayon Gənclər Birliyinin sədri, Rəşid Şabanov isə sədr müavini seçiliblər. Tədbirdə, həmçinin YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndələr seçilib. Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40

