YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin üçüncü konfransı keçirilib
05.04.2019 [09:30]
Aprelin 4-də Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı Gənclər Birliyinin üçüncü konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin hesabat dövrü ərzində fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.
YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov çıxış edərək deyib ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcudluğu üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Gənclər hər bir cəmiyyətin aparıcı qüvvəsidir. Ölkəmizdə gənc nəslə qoyulan investisiya Azərbaycanın parlaq gələcəyinin təminatıdır. Gənclərin tərbiyəsi, onların problemlərinin həllinə dəstək və gənc vətəndaşlara dövlət qayğısı müstəqil Azərbaycan dövlətinin daxili siyasətinin mühüm vəzifələrindəndir.
“Bu gün Azərbaycan gəncliyinin seçiminin Yeni Azərbaycan Partiyası olmasının da arxasında məhz dövlətçiliyə bağlılıq, milli mənafenin qorunması kimi müqəddəs amallar dayanır. YAP Ulu Öndər Heydər Əliyev ideyalarının daşıyıcısı, müasir Azərbaycan gəncliyinin güvənc yeridir. Azərbaycan gəncliyinin mütləq əksəriyyəti Ulu Öndərin ideyaları ətrafında sıx birləşərək sadiqlik nümayiş etdirir. Gənclərimiz hər zaman Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə Onun həyata keçirdiyi siyasəti dəstəkləyirlər. Buna görə də biz gənclərimizə Azərbaycanın gələcəyi kimi böyük ümidlər bəsləyirik. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə gənclərə önəm verilməsi, onların cəsarətlə irəliyə çəkilməsi məhz bu faktın göstəricisidir. Gənclər əmin olmalıdırlar ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin hədəflərindən biri gənclərin hərtərəfli inkişafı və onlara layiqli həyat şəraitinin yaradılmasıdır. Bunun üçün dövlət tərəfindən bütün imkanlar yaradılır. Partiyamız gənclərin fəallığını təmin etmək, onların öz bilik və bacarıqlarını üzə çıxarmaq, bütövlükdə özlərini ifadə etmək üçün bütün imkanları yaradır”, - deyə H.Şikarov əlavə edib.
Konfransın gündəliyi oxunduqdan sonra səsvermə yolu ilə təsdiq olunub. Gündəlikdə duran birinci məsələ YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin hesabat dövrü ərzində məruzəsinin dinlənilməsi olub. Hesabat çıxışı konfrans nümayəndələri tərəfindən qənaətbəxş hesab edilib. Gündəlikdə duran ikinci məsələ isə YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin Şura üzvlərinin, yeni sədr və sədr müavinlərinin seçilməsi idi. Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı Rüfət Əhmədov sədr, Elturan Həşimov və Aysel Qəribli səsvermə yolu ilə sədr müavinləri seçiliblər.
Tədbirdə iştirak edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin yeni seçilmiş sədr, sədr müavinləri və Şura üzvlərini təbrik edərək bildirib ki, ölkəmizdə gənclərimizə göstərilən dəstək və diqqət gənclərimizin öz gücünə, istedadına inam hissini artırıb. Bu gün Azərbaycan gəncliyi istər daxili, istər xarici siyasət aparmağı bacarır və dövlətimizin başçısının yaratdığı şəraitdən faydalanırlar.
Milli Məclisin deputatı Tahir Mirkişili isə respublikamızda gedən quruculuq işlərində gənclərin fəaliyyətindən, iqtisadiyyatımızın inkişafına verdikləri töhfədən danışıb və dövlətimizin başçısının yürütdüyü xarici və daxili siyasəti istər respublika, istərsə də xaricdə layiqincə təbliğ etdiklərini vurğulayıb.
Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Anara Hacıbəyli yeni seçilən YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri, sədr müavinlərini və Şura üzvlərini təbrik edərək rayonun ictimai-siyasi həyatında YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin xüsusi rolu olduğunu qeyd edib.
Konfrans partiyanın ictimai-siyasi həyatında fəallıq göstərdiklərinə görə bir qrup YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin üzvlərinin fəxri fərmanlarla təltif olunması və partiya sıralarına yeni qəbul edilmiş gənclərə üzvlük vəsiqəsinin təqdim edilməsi ilə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
YAP xəbərləri
29 İyun 14:35
Mədəniyyət
29 İyun 14:08

