YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
04.04.2019 [09:42]
Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib.
Konfransda Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Milli Məclisin deputatı Mirzəcan Xəlilov və digər qonaqlar iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə partiyanın qurucusu, Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə giriş nitqi söyləyən YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev konfransın gündəliyi haqqında məlumat verib.
Sonra Bilman Vəliyev bildirib ki, yarandığı gündən YAP Abşeron rayon təşkilatı mühüm inkişaf yolu keçib, üzvlərinin və ərazi təşkilatlarının sayı əhəmiyyətli dərəcədə artıb. Abşeron rayonunda əhalinin YAP-a axını, ilk ərazi partiya təşkilatlarının yaradılması Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursa və Onun layiqli davamçısı, Prezident İlham Əliyevə inamdan irəli gəlir. O həmçinin ölkəmizdə layiqincə həyata keçirilən dövlət gənclər siyasəti və bu siyasətin uğurlu bəhrələrindən də danışıb.
YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Rəşad Baxşaliyev hesabat məruzəsi ilə çıxış edib. O, birliyin təşəbbüsü ilə ötən illərdə görülən işlər, həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verib.
Sonra hesabat ətrafında çıxışlar olub.
Çıxış edən YAP Abşeron rayon təşkilatı Qadınlar Şurasının sədri Təyyubə Hüseynova, Bakı Mühəndislik Universitetinin tələbəsi Elnur Mirzəyev, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktor müavini Gəray Gəraylı əvvəlki konfransdan ötən müddət ərzində görülmüş işlərə dair hesabatı qənaətbəxş hesab etdiklərini bildirib və gənclərin fəaliyyətini yüksək qiymətləndiriblər.
Sonra təşkilati işlərə baxılıb, YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin Şura və İdarə Heyətinə üzvlər seçilib.
Konfrans iştirakçılarının yekdil səsverməsinə əsasən Bakı Mühəndislik Universitetinin tələbəsi Elnur Mirzəyev YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin sədri, 17 nəfərdən ibarət İdarə Heyəti seçiliblər.
Sonra çıxış edən YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin sədri Elnur Mirzəyev göstərilən etimada görə partiya rəhbərliyinə və gənclərə minnətdarlığını bildirib. O deyib ki, YAP Abşeron rayon təşkilatı Gənclər Birliyi bundan sonra da rayonun və respublikanın ictimai-siyasi, sosial-mədəni həyatında aktiv olacaq, veriləcək tapşırıqları vaxtında və effektiv yerinə yetirəcəkdir.
Sonra Milli Məclisin deputatı Mirzəcan Xəlilov çıxış edərək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, Prezident İlham Əliyev Azərbaycan gəncliyinin inkişafı üçün bütün imkanları yaradıb: “Gənclərimiz ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edir, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq nümayiş etdirirlər”.
Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova rəhbərlik etdiyi rayonun həyatında gənclərin fəal iştirak etdiyini diqqətə çatdırıb. O qeyd edib ki, rayon rəhbərliyi gənclərin bütün təşəbbüslərinə dəstək verir və bundan sonra da dəstək verəcək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

