YAP-ın mərkəzi qərargahında “Vəhdət” sənədli filminin təqdimatı keçirilib
06.12.2018 [09:52]
Dekabrın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə hazırlanmış “Vəhdət” sənədli filminin təqdimatı olub. Tədbirdə YAP Gənclər Birliyinin fəalları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları “Vəhdət” filmini izləyiblər.
Sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Amil Cavadov filmin əhəmiyyətindən söz açıb. A.Cavadov deyib ki, İslamda vəhdətə nail olmaq istiqamətində zaman-zaman müəyyən addımlar atılıb. İslamda vəhdət, ittihad kimi çağırışların olduğunu deyən Amil Cavadov söyləyib ki, bu məsələ hələ də aktuallığını saxlamaqdadır. Azərbaycanda da müsəlman ölkəsi olaraq bu istiqamətdə addımlar atılıb. Ölkəmizin dövlət-din modelində vəhdət siyasəti əhəmiyyətli yerlərdən birini tutur. Ölkəmizdə vəhdət namazları qılınır. Qafqaz Müsəlmanları İdarəsi də vəhdət namazının daha geniş şəkildə icra edilməsi istiqamətində imamlara və məscidlərdə çalışan din xadimlərinə tövsiyələrini verir.
Diqqətə çatdırılıb ki, “Vəhdət” filmi Azərbaycanda İslama aid olan ayrı-ayrı məzhəblər, təriqətlər arasında birliyə, əməkdaşlığa çağırır. Filmin məsləhətçiləri DQİDK-nın sədr müavinləri, mütəxəssislərdir. Bu filmin geniş şəkildə yayılması Azərbaycanda dini maarifləndirmə işinə öz töhfəsini verəcək.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov isə qeyd edib ki, “Vəhdət” filmində uzun əsrlərdir İslam dünyasının üzləşdiyi mürəkkəb problem göstərilir. Onun sözlərinə görə, filmdə Azərbaycanda vəhdətin tarixi, siyasi, mədəni əsasları öz əksini tapır. Azərbaycan təkcə məzhəblərin vəhdət içində yaşadığı bir ölkə deyil, eyni zamanda, dinlərin vəhdət içində yaşadığı bir ölkədir. Azərbaycanda heç vaxt məzhəblərarası, başqa dinlərin nümayəndələri arasında qarşıdurmalar olmayıb. Ölkəmizdə hər zaman multikultural mühit hökm sürüb. Azərbaycanı nümunə göstərərək dünyaya nümayiş etdirmək olar ki, həm sünnilər, həm şiələr sülh şəraitində yaşaya bilərlər. Gənclərə dini sahədə geniş maariflənməyi tövsiyə edən S.Orucov söyləyib ki, maariflənmə olduğu şəraitdə dini radikalizmə qarşı mübarizə daha da güclənir.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov çıxışında ölkəmizdə dini sahədə heç bir problemin olmadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, cəmiyyətimizin ən üstün cəhətlərindən biri Azərbaycanda müxtəlif dinlərə və məzhəblərə məxsus insanların dinc şəraitdə yaşamaları, xüsusilə sünni və şiələrin bir yerdə vəhdət namazı qılmalarıdır. Vəhdət namazının Ulu öndər Heydər Əliyevin adını daşıyan Heydər məscidində icra olunması xüsusi əlamətdir. Çünki Ulu öndər Azərbaycanda multikulturalizmin siyasi əsaslarının banisidir. O, Azərbaycanda dövlət-din münasibətlərini və dinlərarası harmoniyanı ən yüksək səviyyəyə çatdıran tarixi şəxsiyyətdir. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
O qeyd edib ki, dini radikalizmlə mübarizə yollarından biri də maarifləndirmədir və bu istiqamətdə vacib işlər görülür. Bu istiqamətdə maarifləndirici kitablar çap edilir, insanları tolerantlığa çağıran, zorakılığın zərərlərini göstərən filmlər çəkilir. “Vəhdət” filmi də bunlardan biridir.
Tədbirdə digər çıxış edənlər də DQİDK-nın sifarişi ilə hazırlanmış “Vəhdət” sənədli filminin əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, film Azərbaycandakı məzhəblərarası birliyi və qardaşlığı tərənnüm edir. Bir çox ölkələrdə məzhəblərarası gərginlik müxtəlif rəqəmlərlə göstərildiyi halda, Azərbaycanda belə gərginlik yox dərəcəsindədir.
Tədbirdə həmçinin gəncləri maraqlandıran suallar cavablandırılıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

