Xaçmazlı gənclər hər zaman dövlətə, vətənə sadiqlik nümayiş etdiriblər
06.10.2018 [10:41]
Aygün Osmanova,
Yeni Azərbaycan Partiyasının üzvü
Hər bir ölkənin sabahı, gələcək taleyi onun gənclərindən asılıdır. Gənclər yeni qüvvədir, onlar öz ölkələrinin bütün istiqamətlərdə inkişaf etməsini, çiçəklənməsini arzulayırlar. Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, yenilikçi ruhlu gənc nəslə bağlayıb.
Müasir Azərbaycan gəncliyi də möhkəm tellərlə Vətənə bağlıdır. Tam əminliklə deyə bilərik ki, bu gün gənclər Azərbaycan cəmiyyətinin ən önəmli tərkib hissəsidir. Gənclərimiz tarixi köklərdən gələn milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadırlar. Eyni zamanda, fiziki və mənəvi cəhətdən sağlam yetişən gənclərimiz dövlətçiliyimizin qorunmasında, torpaqlarımızın müdafiəsində fəal iştirak edirlər.
Deyilənlər baxımından Azərbaycanın şimal bölgəsi olan Xaçmaz rayonundan olan gənclərin fəallığını da xüsusi qeyd edə bilərik. Müstəqil Azərbaycanla qürur duyan xaçmazlı gənclər hər zaman dövlətçilik maraqlarını hər şeydən üstün tutub, əvvəlki mərhələdə Ulu öndər Heydər Əliyevin, son 15 ildə isə Prezident İlham Əliyevin Azərbaycan gənclərinə göstərdikləri etimadı yüksək səviyyədə doğrultmağa çalışıblar. Belə ki, Xaçmazdan olan gənclər öz əməlləri ilə ölkəmizdə aparılan quruculuq işlərinə, müstəqilliyimizin möhkəmləndirilməsi və respublikamızın ərazi bütövlüyünün təmin edilməsi siyasətinə öz töhfələrini verirlər.
Xaçmazdan olan belə gənclərdən biri Azərbaycanın Milli Qəhrəmanı Yavər Şahbazovdur. O, 1973-cü il noyabrın 1-də Xaçmaz rayonunun Qıraqlı kəndində anadan olub. Yavər Şahbazov orta məktəbdə oxuduğu illərdə müəllimlərinin və sinif yoldaşlarının sevimlisinə çevrilmişdi. Onun vətənpərvərliyi hamıya nümunə göstərilirdi. Yavər Şahbazov Azərbaycanın müstəqilliyə qovuşması ilə sonsuz iftixar hissi keçirirdi. Onun taleyinə də elə dövlətçiliyimizin qorunması uğrunda şəhidlik zirvəsinə ucalmaq yazılmışdı. Vətənini, dövlətini canı qədər sevən Yavər Şahbazov 1995-ci il martın 13-də dövlət çevrilişinə cəhdin qarşısının alınması zamanı qiyamçıların atəşi altında qalan döyüş yoldaşlarını xilas edərkən qəhrəmanlıqla şəhid olub, əbədiyyətə qovuşub.
Bütövlükdə, Xaçmaz rayonu torpaqlarımızın azadlığı uğrunda 250-dən artıq şəhid verib. Onların içərisində 20 Yanvar faciəsində, Qarabağ müharibəsində həyatını itirən xaçmazlılar var. Yaxın tariximizdə - 2016-cı ilin Aprel döyüşlərində də Xaçmaz rayonu şəhid verib. Bu faktlar bir daha təsdiqləyir ki, xaçmazlı gənclər dövlətə, vətənə sədaqətlərini hər zaman, hər yerdə sübut ediblər.
Bu gün Azərbaycan gənclərinin vətənpərvər, müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında isə birmənalı olaraq dövlətin apardığı gənclər siyasətinin mühüm rolu var. Bu siyasətin əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”, - deyən Ümummilli lider Heydər Əliyevin imzaladığı 26 iyul 1994-cü il tarixli müvafiq Fərmanla ölkəmizdə Gənclər və İdman Nazirliyinin əsası qoyulub. Gənclərə etibar edən Ulu öndər onlarla daimi, sıx ünsiyyətin tərəfdarı idi. Müdrik dövlət xadimi olan Ümummilli lider Heydər Əliyev gənclərlə mütəmadi görüşlər keçirməklə onların fikirlərini, təkliflərini öyrənir və müvafiq addımlar atırdı. Gənclərlə bu cür ünsiyyətin qurulması üçün də Ümummilli lider Heydər Əliyev 1995-ci ildə gənclər forumunun keçirilməsi haqqında təklif irəli sürdü və bundan sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumlarının keçirilməsinə start verildi.
2003-cü ildən etibarən isə Azərbaycanda gənclər siyasəti Prezident İlham Əliyevin siyasi iradəsi əsasında daha da şaxələnərək yeni mərhələyə qədəm qoydu. “Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”, - deyən Prezident İlham Əliyev imzaladığı bir sıra sənədlərlə Ulu öndər Heydər Əliyevin gənclər siyasətinə sadiqliyini təsdiq etdi. Eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da gənclərə xüsusi qayğısı qeyd olunmalıdır. Məhz Mehriban xanım Əliyevanın sədrliyilə Bakıda “Gənclərin məşğulluq sammiti”nin keçirilməsi həmin diqqətin əyani sübutudur.
Ölkədə həyata keçirilən uğurlu gənclər siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ölkənin inkişafında fəal iştirak edir, mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesində yaxından iştirak edirlər. Əminəm ki, xaçmazlı gənclər bundan sonra da dövlətin gənclər siyasətində daim aktivlik nümayiş etdirəcəklər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

