YAP Pirallahı rayon təşkilatının cari ilin birinci yarısındakı fəaliyyəti müzakirə olunub
10.08.2018 [08:48]
Avqustun 9-da Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının 2018-ci ilin birinci yarımilliyi üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş Şura iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə YAP Pirallahı rayon təşkilatının Şura üzvləri, rayon icra hakimiyyətinin əməkdaşları, eləcə də partiyanın fəalları iştirak ediblər.
YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov çıxış edərək cari il aprelin 11-də keçirilən prezident seçkilərindən və dövlətimizin başçısı İlham Əliyevin parlaq qələbəsindən bəhs edib. Bildirib ki, seçkilərin nəticələri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə görülən işlərin, həyata keçirilən siyasətin xalq tərəfindən dəstəklənməsinin bariz nümunəsidir.
Sonra hesabat dövrü ərazində rayon təşkilatı tərəfindən keçirilən tədbirlər və layihələr haqqında ətraflı məlumat verilib. Rayon təşkilatının müvafiq fəaliyyət planına uyğun olaraq hesabat dövründə müxtəlif tarixi günlərə, əlamətdar hadisələrə həsr olunmuş tədbirlərin keçirildiyi qeyd olunub.
İclasda çıxış edən YAP Pirallahı rayon təşkilatının baş məsləhətçisi İlham Əsgərov bildirib ki, təşkilat 2018-ci ilin birinci yarımilliyində öz fəaliyyətini YAP-ın Nizamnaməsinə və Proqramına, rayon təşkilatının müvafiq fəaliyyət planına uyğun qurub.
YAP Pirallahı rayon təşkilatı Qadınlar Şurasının sədri Kəmalə Mustafayeva çıxış edərək Qadınlar Şurası tərəfindən görülən işlər və keçirilən tədbirlər haqqında danışıb. Qeyd edib ki, Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolunun artması və fəaliyyət dairəsinin genişləndirilməsi ölkəmizin uğurlarından biridir. Hazırda Azərbaycanın ictimai həyatının bütün sahələrində qadınların rolu getdikcə artır.
Hesabat məruzəsi dinlənildikdən sonra tədbir iştirakçıları yekdilliklə YAP Pirallahı rayon təşkilatının 2018-ci ilin birinci yarımilliyinə dair hesabatını qənaətbəxş hesab ediblər.
Sonra YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov növbəti hesabat dövrü üçün müvafiq fəaliyyət planı haqqında danışıb. Plan səsə qoyularaq təsdiq edilib.
Şura iclası YAP Pirallahı rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə fərqlənən bir qrup şəxsin fəxri fərmanla təltif edilməsi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25

