YAP Mingəçevir şəhər təşkilatınınyaradılmasının 25 illiyi qeyd olunub
15.02.2018 [10:27]
Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının yaradılmasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Mingəçevir şəhərində Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Tədbiri giriş sözü ilə açan YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov təşkilat üzvlərini bu münasibətlə təbrik edərək, ötən dövr ərzində şəhər təşkilatının gördüyü işlərdən bəhs edib. O qeyd edib ki, hazırda şəhər təşkilatının 59 ərazi ilk partiya təşkilatı var. 7392 partiya üzvü bu ərazi ilk partiya təşkilatlarında birləşib. Onlardan 4441 nəfəri qadın, 2308 nəfəri gəncdir. Təkcə 2017-ci il ərzində 201 nəfər partiya sıralarına qəbul olunub.
Qarşıda duran vəzifələrdən danışan təşkilat sədri aprelin 11-də ölkəmizdə prezident seçkilərinin keçiriləcəyini deyərək YAP Mingəçevir şəhər təşkilatının seçki kampaniyasına ciddi şəkildə hazırlaşdığını vurğulayıb. “YAP-ın fevralın 8-də keçirilən qurultayında partiyamızın Sədri cənab İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb. Biz seçki kampaniyasının uğurla həyata keçirilməsi üçün partiyanın İcra katibliyinin tövsiyə və tapşırıqlarını layiqincə yerinə yetirməyə çalışacağıq”, - deyə təşkilat sədri vurğulayıb.
Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini İ.İsmayılov çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində əldə edilən uğurlardan bəhs edib. O, eyni zamanda, son illər ərzində ölkə başçısının Mingəçevirə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsi olaraq şəhərdəki Sənaye Parkı, ASAN Xidmət haqqında məlumat verib. O bildirib ki, Mingəçevir şəhəri gündən-günə daha da inkişaf edir, şəhər gözəlləşir, mütəmadi olaraq abadlıq və quruculuq işləri aparılır ki, bütün partiya üzvləri də bu işlərdə yaxından iştirak edirlər: “YAP Mingəçevir şəhər təşkilatının üzvləri də ictimai-siyasi proseslərdə, quruculuq işlərində yaxından iştirak edir və şəhər rəhbərliyi tərəfindən verilən tövsiyə və tapşırıqların öhdəsindən uğurla gəlirlər”.
İ.İsmayılov təşkilat üzvlərini əlamətdar gün münasibəti ilə təbrik edərək, onlara gələcək işlərində uğurlar arzulayıb.
Sonda YAP sıralarına yeni qəbul edilən gənclərə partiya vəsiqələri təqdim edilib. Həmçinin təşkilatın bir qrup fəal üzvünə fəxri fərmanlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01

