YAP Azərbaycan cəmiyyətində alternativsiz siyasi qüvvədir
14.06.2017 [10:02]
YAP Goranboy rayon təşkilatının növbəti IX konfransı keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının növbəti IX konfransı keçirilib. Konfransda “İki sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov, Goranboy rayon İcra Hakimiyyəti başçısı Nizaməddin Quliyev iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Goranboy təşkilatının sədri Elçin İsmayılov hesabat dövründə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı çıxış edib. O, ötən müddət ərzində YAP Goranboy rayon təşkilatının səmərəli inkişaf yolu keçdiyini bildirərək deyib ki, rayon təşkilatı 87 ərazi ilk partiya təşkilatında 7200 nəfəri öz ətrafında birləşdirir. Üzvlərin 3847 nəfərini qadınlar, 2085 nəfəri isə gənclər təşkil edir.
Sonra YAP Goranboy rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədr müavini Maksim Bayramov hesabat məruzəsi ilə çıxış edib. Məruzə ətrafında çıxış edənlər - Rüstəm Budaqov, Gündüz Hacıyev, Yeganə Məmmədova və digərləri YAP Goranboy rayon təşkilatının IX konfransa qədərki fəaliyyətini qənaətbəxş hesab etdiklərini diqqətə çatdırıblar.
Goranboy rayon İcra Hakimiyyəti başçısı Nizaməddin Quliyev konfransda çıxış edərək diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyası ötən müddət ərzində çətin və şərəfli yol keçib. Ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının əldə etdiyi çoxsaylı nailiyyətlər Azərbaycanın inkişafında özünəməxsus yer tutur. Azərbaycan xalqını öz ətrafında birləşdirən, milli maraqlar əsasında fəaliyyət göstərən YAP-ın qazandığı uğurlar partiyanın yüksək nüfuzu və səmərəli fəaliyyətini göstərir.
“İki sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə deyib ki, Yeni Azərbaycan Partiyası çətin tarixi dövrdə yaranıb və partiyanın yaranması ictimai-siyasi zərurətdən doğub. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Yeni Azərbaycan Partiyasının Azərbaycanı mürəkkəb vəziyyətdən xilas etdiyini deyən V.Rəhimzadə qeyd edib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti həm ölkəmizin inkişafını təmin edib, həm də Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə alternativsiz siyasi qüvvə kimi qəbul edilir.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev isə partiyanın yarandığı tarixi şəraitdən, partiyanın yaradıcısı Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından danışıb, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılmış uğurlardan bəhs edib. YAP-ın zəngin və şərəfli inkişaf yolu keçdiyini deyən Bəhruz Quliyev bildirib ki, partiyamız Azərbaycan siyasi palitrasında milli-siyasi iradəni təmsil edən avanqard siyasi qüvvədir.
Sonra təşkilati məsələlərə baxılıb. YAP Goranboy rayon təşkilatının 31 nəfərdən ibarət Şurası, 5 nəfərdən ibarət Nəzarət-Təftiş Qrupu seçilib. Elçin İsmayılov yenidən YAP Goranboy rayon təşkilatının sədri seçilib. Konfransda həmçinin 11 nəfərdən ibarət İdarə Heyəti və təşkilatın sədr müavinləri müəyyənləşib. Sonda YAP sıralarına qoşulmuş bir qrup gəncə partiyanın üzvlük vəsiqələri təqdim olunub. Eyni zamanda, fəallığına görə fərqlənən bir qrup YAP üzvü Fəxri fərmanla təltif edilib.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46

