Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının VIII konfransı keçirilib
26.05.2017 [09:48]
Mayın 25-də Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatının VIII konfransı keçirilib. Tədbir iştirakçıları öncə rayonun mərkəzi meydanında Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyublar.
Konfransda YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev hesabat dövründə görülən işlər barədə məlumat verərək bildirib ki, 1993-cü il yanvarın 16-da ilk təsis konfransını keçirən YAP Sabirabad rayon təşkilatı bu gün 91 ərazi ilk partiya təşkilatında 8036 nəfər YAP üzvünü birləşdirir. Onun sözlərinə görə, YAP Sabirabad rayon təşkilatının üzvlərindən 2630 nəfəri, yəni 33 faizini qadınlar, 2647 nəfəri, yəni 33 faizi gənclər təşkil edir: “Ötən müddət ərzində YAP Sabirabad rayon təşkilatı öz sıralarını daim genişləndirərək partiyanın Proqram və Nizamnaməsinə uyğun olaraq qarşıya qoyulan vəzifələri ləyaqətlə həyata keçirməkdədir”.
Konfransda rayon təşkilatı nəzarət təftiş qrupunun sədri Cavid Cavadov, partiya veteranı Salamulla Abdullayev, “ASAN xidmət” mərkəzinin əməkdaşı Lalə Musayeva, YAP Sabirabad rayon Qadınlar Şurasının sədr müavini Tamella Niftəliyeva, Sabirabad Ziyalılar Cəmiyyətinin sədri Böyükağa Həmidov, şair Ərzuman Babaşov çıxış edərək görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.
Konfransda YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək YAP-ın əldə etdiyi böyük nailiyyətlərdən ətraflı bəhs edib.
Tədbirdə çıxış edən Milli Məclisin üzvü Rüstəm Xəlilov Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yoldan danışıb.
Sabirabad rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Nazim İsmayılov konfransda çıxış edərək YAP-ın yaranma tarixindən, partiyanın əldə etdiyi nailiyyətlərdən və ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs edib, rayon təşkilatının fəaliyyətində uğurlarla yanaşı nöqsanlardan da danışıb.
Konfransda təşkilati məsələyə baxılıb. YAP Sabirabad rayon təşkilatı sədrinin müavini Məleykə Həsənova rayon təşkilatının sədri, yeni tərkibdə Şura və İdarə Heyəti, eləcə də nəzarət-təftiş qrupu seçilib.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04

