YAP Siyəzən rayon təşkilatının ərazi ilk təşkilatında hesabat-seçki yığıncağı keçirilib
17.01.2017 [09:46]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Siyəzən rayon təşkilatının VII konfransına hazırlıqla bağlı Siyəzən rayon Mədəniyyət və Turizm ərazi ilk təşkilatında hesabat-seçki yığıncağı keçirilib.
Yığıncaqda Mədəniyyət şöbəsi ərazi ilk təşkilatının hesabat dövrü olan mart 2012-yanvar 2017-ci illər ərzindəki fəaliyyəti barədə geniş şəkildə təhlillər aparılıb, gələcəkdə görüləcək işlər barədə qərarlar qəbul edilib.
Tədbiri giriş sözü ilə YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov açaraq bildirib ki, ötən dövr partiyanın həyatında çoxşaxəli və rəngarəng fəaliyyətlə yadda qalıb. Hal-hazırda YAP-ın sıralarında 700 minə yaxın insan birləşib. Onların əksəriyyəti gənclərdir. Gənclərin partiyada sayının çoxalması ilə əlaqədar onların təşkilati fəaliyyətində yüksək əlaqələndirmə mexanizminin yaradılmasının, çoxsaylı üzvləri olan ilk təşkilatların idarə olunmasının təkmilləşdirilməsinin diqqət mərkəzində saxlanılması məsələləri müzakirə olunub.
E.Heydərov daha sonra ərazi ilk təşkilatlarının maarifçilik işi, qadınlara və gənclərə daha çox üstünlük verilməsi, keçirilmiş prezident, bələdiyyə və parlament seçkiləri, rayonda aparılan quruculuq və abadlıq işləri barədə də məlumat verib. Keçirilən seçkilərdəki uğurlar onu göstərir ki, YAP-ın seçdiyi siyasi xətt xalq tərəfindən bəyənilir. YAP-ın uğurlarının arxasında xalqın inamı və dəstəyi dayanır.
Tədbirdə geniş məruzə ilə çıxış edən ilk təşkilat sədri Zəminə Qədirli qeyd edib ki, xalq öz Prezidentini, Onun Sədri olduğu partiyanı dəstəkləyir. Bu gün partiyanın sıraları getdikcə artır, Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasına inanır və onun ətrafında sıx birləşdiyini nümayiş etdirir. Öz Proqram və Nizamnaməsinə uyğun fəaliyyət göstərən YAP hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu ideyalarını həyata keçirmək, ölkədə sivil dəyərlər, demokratik prinsiplər əsasında hərtərəfli inkişafa nail olmaq naminə insan hüquq və azadlıqlarının təminatı, sosialyönümlü iqtisadiyyat, sosial ədalət və hər bir Azərbaycan vətəndaşının təminatlı rifahı uğrunda mübarizə aparır.
Sonra Heydər Əliyev Mərkəzinin direktoru, YAP Siyəzən rayon təşkilatı Qadınlar Şurasının sədri Ramilə Seyidova çıxış edib.
Yığıncaqda ərazi ilk partiya təşkilatında idarə heyətinin yeni tərkibi, həmçinin Qədirli Zəminə Əlikram qızı sədr, Seyidova Ramilə və Dadaşova Ziyada müavinlər seçiliblər.
Sonda yığıncaqda YAP Siyəzən rayon təşkilatının VII konfransına nümayəndələr seçilib.
Arif ƏSƏDOV
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42

