YAP Şabran rayon təşkilatında partiyanın yaranmasının 24-cü ildönümü qeyd edilib
19.11.2016 [10:03]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Şabran rayon təşkilatında YAP-ın yaranmasının 24-cü ildönümü qeyd edilib.
Tədbiri giriş sözü ilə açan YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov tədbir iştirakçılarına YAP-ın 24 illik fəaliyyəti, keçdiyi şərəfli yol haqqında ətraflı məlumat verib.
O bildirib ki, YAP-ın qurucusu, Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda - son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycandan danışmaq mümkün olmazdı.
Sonra çıxış edən millət vəkili Tahir Süleymanov bildirib ki, Ulu öndərimiz Heydər Əliyevin yaratdığı YAP ölkəmizin həyatında yeni mərhələnin əsasını qoyub, yarandığı vaxtdan siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. Onun sözlərinə görə, YAP Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verir.
Daha sonra YAP Şabran rayon təşkilatı Gənclər Birliyinin sədri Fikrət Nuşiyev qeyd edib ki, ötən 24 il müddətində partiyamız 700 minə yaxın insanı öz ətrafında birləşdirə bilib və bu, xalqımızın Heydər Əliyev ideyalarına sadiqliyinin və Prezident İlham Əliyevin siyasətini dəstəkləməsinin göstəricisidir.
F.Nuşiyev həmçinin qeyd edib ki, YAP-ın üzvləri arasında gənclər də böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də Azərbaycanın sağlam, intellektual gənclərindən ibarətdir.
Sonra YAP Şabran rayon təşkilatı Qadınlar Şurasının sədri Minə Quliyeva, YAP Şabran rayon təşkilatının Şura üzvü, Şabran şəhər İcmasının İnkişafı üzrə Təlim Resurs İctimai Birliyinin sədri Tofıq Əmrahov, YAP Şabran rayon təşkilatı Qadınlar Şurasının üzvü, Şabran şəhər 1 saylı uşaq bağçasının müdiri Marifə Şükürova çıxış ediblər.
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19

