“Multikulturalizm gənclərin gözü ilə”
08.06.2016 [10:10]
YAP Gənclər Birliyinin və YAP Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə bu mövzuda tədbir keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin və YAP Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə “Multikulturalizm gənclərin gözü ilə” mövzusunda tədbir keçirilib. Tədbirdə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, “İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov və fəal gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev tolerantlıq ənənələrinin Azərbaycan xalqının mənəviyyat və sülhsevərliyindən qaynaqlandığından, tolerantlığın dövlət siyasətinin əsas tərkib hissəsini təşkil etməsindən danışıb. O bildirib ki, Azərbaycanda tolerantlıq ənənələrinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və həmin ənənələr bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
YAP Nərimanov rayon təşkilatının əməkdaşı Nərminə Yunusova, YAP Nərimanov rayon təşkilatının fəal gənci Tamerlan Əkbərov diqqətə çatdırıblar ki, tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır.
Çıxış edən Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı bildiriblər ki, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün də bu ənənə davam edir.
YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək deyb ki, YAP Gənclər Birliyi hər zaman milli-mənəvi dəyərlərin təbliğinə öz töhfəsini verməyə çalışır. Onun sözlərinə görə, müxtəlif bölgələrdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gənclərlə görüşlər keçirilir, müxtəlif müzakirələr aparılır. O qeyd edib ki, Azərbaycanda gənclər cəmiyyətin fəal üzvüdürlər və onlar ictimai proseslərdə fəal iştirak edir, tolerantlıq ruhunda böyüyürlər: “Təkcə ölkəmizdə deyil, həmçinin bir sıra beynəlxalq tədbirlərdə də gənclərimiz uğurla təmsil olunaraq tolerantlıq və multikultural dəyərlərin təbliğ edilməsində böyük rola malikdirlər”.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxışında ölkəmizdə multikulturalizm siyasətinin həyata keçirilməsində görülən işlərdən söz açıb, bunun Azərbaycan dövlətinin strateji xəttində xüsusi əhəmiyyət daşıdığını bildirib. Bəhruz Quliyev xalqımızın mültikultural ənənələrə dəyər verdiyini deyib. O qeyd edib ki, xalqımız əsrlərdir müxtəlif etnik qrupların nümayəndələri ilə qarşılıqlı hörmət və tolerantlıq şəraitində yaşayır. Ölkəmizdə tolerantlıq mühitinin güclənməsi istiqamətində ciddi addımlar atılır.
Baş redaktor əlavə edib ki, Azərbaycanda multikultural ənənələrin qorunmasına və nəsildən-nəslə ötürülməsinə xüsusi diqqət yetirilir: “Dünyada yaşanan multikultural böhran fonunda Azərbaycanın öz tolerant dəyərləri ilə fəxr etməyə haqqı var”.
“İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə bildirib ki, ölkəmizin multikultural dəyərlərə verdiyi qiymət göz qabağındadır: “Avropada bu dəyərlər ayaq altına atılır. Lakin Azərbaycanda multikulturalizm ölkə siyasətinin ana xəttini təşkil edir. Multikulturalizm Azərbaycan xalqının yaşam tərzidir”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu çıxış edərək söyləyib ki, multikulturalizm Azərbaycan cəmiyyətinin sosial-mədəni münasibətlər sisteminin daxili təbii tələbatının əsas komponentlərindən birini təşkil edir: “Ümumi ifadə ilə desək, bu, bir növ, həyat tərzidir. Multikulturalizm Azərbaycanda çox qədim tarixə malikdir. Multikulturalizmi və tolerantlığı bu gün aktual edən məhz qlobal məkanda baş verən ziddiyyətli hadisələrdir. Mahiyyət etibarilə multikulturalizm fərqliliklərin bir arada mövcud olması, cəmiyyətdə birgəyaşayışı diktə etməsi və zənginliklərin vəhdəti deməkdir”.
Tədbirin sonunda YAP-a yeni üzv olan bir qrup gəncə partiya vəsiqələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58

