/ / YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurası 31mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirib
YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurası 31mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirib
01.04.2015 [09:57]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı Qadınlar Şurasının təşəbbüsü ilə rayondakı Novruzov qardaşları adına 36 saylı tam orta məktəbdə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru İradə Babayeva 1918-ci ilin martında baş verən hadisələr haqqında geniş məlumat verib. O, qeyd edib ki, 1918-ci ilin mart hadisələri tariximizin qanlı səhifələrindən birini təşkil edir.
Sonra çıxış edən YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova bildirib ki, XX əsrin əvvəlində baş vermiş bu soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir: “Ermənilərin məqsədi bu idi ki, indiki Qərbi Azərbaycan torpaqlarından azərbaycanlıları qovub çıxarsın. Bütün bunlar “Böyük Ermənistan” dövlətinin yaradılmasına xidmət edirdi. Həmin bu ideyaya bolşevik mundiri geyinmiş daşnak ideologiyalı Şaumyan da Bakıda dəstək verdi. Bakıda guya bolşeviklərin qələbəsini təmin etmək adı altında erməni dəstələri yaradıldı. Həmin dəstələr Bakıda, Gəncədə, Qubada, Şamaxıda, Qarabağda qırğınlar törətdilər. Andranik isə Şərur, Dərələyəz, Vedibasar, Zəngəzuru işğal etməklə gəlib Qarabağda Şaumyanın dəstələri ilə birləşməli idi. Bununla da, “böyük erməni” dövləti yaratmaq istəyirdilər. Bu məqsədə çatmaq üçün on minlərlə dinc azərbaycanlı qətlə yetirildi”.
M.İbrahimova bildirib ki, gənc nəsil tariximizi dərindən öyrənməlidir. Çünki dövlətimizin daha güclü olması üçün bu, vacib şərtdir.
Tədbirdə, həmçinin, Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova və YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Məhbubə Məmmədova çıxış ediblər. Çıxışlarda bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının açıqladığı rəqəmlərə görə, həmin hadisələr zamanı Bakıda 12 min nəfərdən artıq azərbaycanlı qətlə yetirilib. Başqa mənbələrdə isə bu rəqəmin daha da artıq olduğu göstərilir. Bütövlükdə götürəndə, Cənubi Azərbaycanda 150 min nəfər, təkcə Urmiya şəhərində 10 min nəfər qətlə yetirilib, Şamaxının 75 kəndi, Qubanın 122 kəndi, Zəngəzurun 115 kəndi ermənilər tərəfindən tamamilə məhv edilib.
O, da qeyd olunub ki, Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman gələcək nəsillərin tarixi hadisələri unutmaması, keçmişimizin xatırlanması üçün çox mühüm bir sənəddir.
Tədbirdə daha sonra Nərimanov rayonu 36 saylı tam orta məktəbin şagirdləri tərəfindən ədəbi-bədii kompozisiya təqdim olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37

