Azərbaycan gəncliyinin fəaliyyəti dövlətçiliyimizin qorunması və inkişafına xidmət edir
05.03.2015 [09:58]
YAP Şəki şəhər təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib
Martın 4-də Yeni Azərbaycan Partiyası (YAP) Şəki şəhər təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib.
Tədbiri YAP Şəki şəhər təşkilatının sədri Həsən Həsənov açaraq zəngin tarixə malik olan və zamanın çətin sınaqlarından çıxan Yeni Azərbaycan Partiyasının ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrildiyini, ətrafında cəmiyyətin intellektual təbəqəsini, partiyanın yaradıcısı Ulu öndər Heydər Əliyev ideyalarına sadiq insanları birləşdirdiyini bildirib.
Daha sonra YAP Şəki şəhər təşkilatı Gənclər Birliyinin sədri Daşqın Mikayılov hesabat məruzəsi ilə çıxış edib. Hesabat məruzəsində qurumun əvvəlki konfransdan keçən dövr ərzindəki fəaliyyəti ətraflı təhlil edilib, qazanılan uğurlardan, qarşıda duran vəzifələrdən bəhs olunub. Bildirilib ki, YAP Şəki şəhər təşkilatının hazırda 10903 nəfər üzvü var. Əvvəlki konfransdan ötən dövr ərzində 833 nəfər gənc partiya sıralarına qəbul olunub. Yeni Azərbaycan Partiyası Şəki şəhər təşkilatının üzvlərinin 3712 nəfərini və ya 34 faizini gənclər təşkil edir. Diqqətə çatdırılıb ki, şəhər təşkilatının Gənclər Birliyinin üzvləri rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər.
Konfransda Milli Məclisin deputatı Kamilə Əliyeva, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Mərkəzi Aparatının məsul işçisi Emil Abbasov çıxış edərək partiyanın Azərbaycan dövlətçiliyi qarşısındakı tarixi rolundan danışıb, gənclərə müvafiq tövsiyələrini veriblər. Vurğulanıb ki, Azərbaycan gəncliyinin avanqard qüvvəsi olan YAP Gənclər Birliyinin fəaliyyəti dövlətçiliyimizin qorunmasına və inkişafına xidmət edir. Mütəmadi surətdə təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Diqqətə çatdırılıb ki, gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamın imzalanması müstəsna əhəmiyyət kəsb edir.
Sonra təşkilati məsələlərə baxılıb, YAP Şəki şəhər təşkilatı Gənclər Birliyinin Şura üzvləri və sədri seçilib, respublika konfransına nümayəndələr müəyyənləşdirilib.
Partiya sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri təqdim olunub.
Sonda Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul edilib.
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58

