/ / Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib
Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib
03.03.2015 [09:50]
Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib. Konfransda İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Milli Məclisin deputatı Ərəstun Cavadov, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Mərkəzi Aparatının məsul işçisi Həsən Daşdəmirov iştirak ediblər.
Konfransı giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova qeyd edib ki, 1992-ci ildə Azərbaycan xalqının xilaskarı, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası şərəfli və çətin yol keçib, ölkənin ictimai-siyasi həyatında hər zaman fəal rol oynayıb. Vurğulanıb ki, hazırda YAP İsmayıllı rayon təşkilatının 8000 nəfərə yaxın üzvü var ki, onların da 3187 nəfərini gənclər təşkil edir.
Hesabat məruzəsi ilə çıxış edən YAP İsmayıllı rayon təşkilatı Gənclər Birliyinin sədri Taleh Salehov hesabat dövründə rayonda gənclərin davamlı inkişafı üçün görülən işlərdən, onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün YAP İsmayıllı rayon təşkilatının həyata keçirdiyi tədbirlərdən bəhs edib. Qeyd olunub ki, ötən konfransdan keçən müddət ərzində gənclərin partiyaya qəbulu 25 faiz artıb. Vurğulanıb ki, ötən ilin sonunda keçirilən bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilənlərin 36,3 faizini, bələdiyyə sədrlərinin isə 45,2 faizini gənc partiya üzvləri təşkil edib.
Konfransda çıxış edən YAP İsmayıllı rayon təşkilatı GB-nin üzvləri Əsli Süleymanzadə, Qönçə Ağazadə, Rəşid Məmmədov və digərləri hesabatı qənaətbəxş hesab ediblər və Gənclər Birliyinin fəaliyyətini yüksək qiymətləndiriblər.
Sonra YAP İsmayıllı rayon təşkilatı Gənclər Birliyinin Şura üzvləri, İdarə Heyəti və YAP GB-nin növbəti konfransına nümayəndələri seçilib. Konfrans nümayəndələrinin yekdil səsverməsinə əsasən Əsli Süleymanzadə YAP İsmayıllı rayon təşkilatı Gənclər Birliyinin sədri, Nəsimi Teymurov və Qönçə Ağazadə isə onun müavinləri seçiliblər.
Konfransda çıxış edən Milli Məclisin deputatı Ərəstun Cavadov, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə öz gücünü Heydər Əliyev ideyalarından alan Yeni Azərbaycan Partiyasında Azərbaycanın sağlam, intellektual gənclər ordusunun təmsil olunduğunu bildiriblər. Vurğulanıb ki, Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev gənclərə xüsusi diqqət və qayğı göstərir, gənclərin inkişafı, onların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi sahəsində Dövlət proqramları həyata keçirilir.
Çıxış edən İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bildirib ki, İsmayıllı gəncləri də dövlət qayğısından bəhrələnərək, ölkənin və rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edirlər. RİH başçısı gənclərin sosial müdafiəsinin gücləndirilməsi, onları düşündürən problemlərin həll edilməsi istiqamətində həyata keçirilən layihələrdən danışıb.
Tədbirin sonunda partiyaya yeni qəbul olunan bir qrup gəncə üzvlük vəsiqələri, rayonun ictimai-siyasi həyatında fərqlənən gənclərə isə YAP İsmayıllı rayon təşkilatının fəxri fərman və hədiyyələri təqdim olunub.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58

