YAP Nərimanov rayon təşkilatında bələdiyyə seçkiləri ilə bağlı tədbir keçirilib
25.10.2014 [11:54]
Təşkilatın Qadınlar Şurası seçki kampaniyası ilə əlaqədar bir sıra məsələləri müzakirə edib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının Qadınlar Şurası bələdiyyə seçkiləri ilə əlaqədar toplantı keçirib. Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova dekabrın 23-də ölkəmizdə növbəti bələdiyyə seçkilərinin keçiriləcəyini bildirib. Azərbaycanda yerli özünüidarəetmə institutunun yaradılmasından 15 il ötdüyünü deyən M.İbrahimovanın sözlərinə görə, bu illər ərzində bələdiyyələr müəyyən inkişaf yolu keçib, eyni zamanda, onların fəaliyyətlərinin təkmilləşdirilməsi istiqamətində dövlət tərəfindən zəruri addımlar atılıb: “Yerli özünüidarəetmə təsisatının yerli demokratiyanın inkişafında da mühüm rol oynadığını nəzərə alsaq, qarşıdan gələn seçkilər böyük əhəmiyyət kəsb edir. Çünki ilk növbədə, bələdiyyələrin səmərəli fəaliyyəti idarəetmənin daha da təkmilləşdirilməsi baxımından önəmlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda həyata keçirilən inkişaf strategiyasının fonunda reallaşdırılan demokratik islahatlar mütəmadi xarakter daşıyır. Azərbaycan siyasi, hüquqi, iqtisadi islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir. Belə olan halda, bələdiyyə institutları mövcud imkanlardan faydalanmaqla səmərəli idarəetmə mexanizmi formalaşdırmaq imkanına malikdir”.
M.İbrahimova qeyd edib ki, seçki prosesində qadınlar da hər zaman öz fəallığı ilə fərqlənirlər. 2004-cü ildə keçirilən bələdiyyə seçkiləri nəticəsində qadınların bu təsisatda təmsilçiliyinin cəmi 4 faiz olduğunu xatırladan YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri hazırda bu göstəricinin 27 faizə qədər yüksəldiyini vurğulayıb. Onun sözlərinə görə, bu qadınların böyük əksəriyyəti YAP üzvləridir. M.İbrahimova qarşıdan gələn seçkilərdə də qadınları fəal olmağa çağırıb. O, Nərimanov rayonunda qadınların seçki fəallığının artırılması istiqamətində davamlı olaraq tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
Çıxış edən YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədr müavini İradə Mahmudova bildirib ki, hər bir hüquqi dövlətdə seçki sistemi mühüm strukturdur. Azərbaycanın hüquqi dövlət olduğunu deyən İ.Mahmudovanın sözlərinə görə, ölkəmizdə demokratik seçki sistemi formalaşıb. O qeyd edib ki, Azərbaycanda mükəmməl seçki qanunvericiliyi var və bu hüquqi baza beynəlxalq standartlara tam uyğundur. Məhz bunun nəticəsidir ki, ildən-ilə seçki təcrübəsi təkmilləşdirilir və ölkəmizdə demokratik, şəffaf seçkilər keçirilir. İ.Mahmudova bildirib ki, ölkəmizin ən güclü siyasi qüvvəsi olan YAP bütün seçkilərdə qələbə qazanıb. O, növbəti seçkilərdə də qələbə əldə olunacağına əminliyini ifadə edib. Qadınları seçki prosesində fəal olmağa çağıran sədr müavini Azərbaycanda qadınların həm dövlət idarəçiliyində, həm də bütövlükdə cəmiyyətdə rolunun artdığını diqqətə çatdırıb.
YAP Nərimanov rayon təşkilatının təlimatçısı Nərminə Yunusova isə çıxışında gənclərin seçki prosesində rolundan danışıb. N.Yunusova bildirib ki, ölkəmizdə uğurlu gənclər siyasəti həyata keçirilir. Məhz bunun nəticəsidir ki, bu gün yüksək intellektli gənc nəsl formalaşıb. Gənclərin bələdiyyə seçkilərində fəal iştirak etdiyini deyən təlimatçı hazırda yerli özünüidarə orqanlarında gənclərin təmsilçiliyinin 30 faizə yaxın olduğunu diqqətə çatdırıb. N.Yunusova qarşıdan gələn bələdiyyə seçkilərində də YAP-ın gənclərə etimad göstərəcəyinə əminliyini ifadə edib.
Tədbirdə, həmçinin, YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının İdarə Heyətinin üzvü Nazilə Məmmədova çıxış edərək demokratik mühitin bütün ölkə ilə yanaşı, Nərimanov rayonunda da ictimai-siyasi fəallığı ilə seçilən qadınların və gənclərin potensialının gerçəkləşdirilməsi üçün əlverişli şərait yaratdığını vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40

