Oğuzda “Yay məktəbi”nin iştirakçıları üçün meşə gəzintisi təşkil olunub
10.07.2014 [10:04]
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin I turunun Oğuz qrupu üçün dünən meşəyə gəzinti və ziyafət təşkil olunub. “Afra” otelində məskunlaşmış gənclər meşə gəzintisinə qrup rəhbəri, YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyevanın rəhbərliyi ilə çıxıblar. Gəzinti zamanı gənclərə Oğuz rayonunun coğrafiyası barədə məlumat verilib. Bildirilib ki, Oğuz rayonu Şəki-Zaqatala iqtisadi rayonunda, Böyük Qafqazın cənub yamaclarında yerləşir. Burada çoxlu şəlalə, kükürdlü və termal su bulaqları var. Rayonun faunası dovşan, ayı, dağ keçisi, qaban, qırqovul, kəklik, qaz, həmçinin, som və forel balıqları ilə təmsil olunub. Rayon ərazisində müxtəlif meyvələr və giləmeyvələr - qoz, fındıq, alma, armud, zoğal, yemişan, gilas, alça, qarağat və moruq yetişir. Rayonun ən böyük çayı Əlicançaydır.
Qeyd edilib ki, Oğuz rayonu ərazisində bitki örtüyü dağ sistemlərinə məxsus şaquli qurşaqlıq qanununa uyğun olaraq yayılıb. Dağətəyi zonada - Bozqır yaylada palıd meşələrinin qalıqlarına təsadüf edilir. Əyriçay vadisində kiçik sahələrdə düzən meşələri mövcuddur. Aşağı dağ-meşə qurşağında iberiya palıdı və vələs meşələri, orta dağ-meşə qurşağında fıstıq-vələs meşələri, yuxarı dağ-meşə qurşağında isə seyrək, əyrigövdəli tozağacı, Şərq palıdı, quşarmudu ağacları yayılıb. Meşələrin yuxarı sərhədindən yüksəkliyə qalxdıqca üç qurşaq - subalp, alp və subnival qurşaqları bir-birini əvəz edir. Burada subalp və alp çəmənləri yayılıb. Bütün yüksəklik qurşaqlarında ilkin bitki örtüyünün tərkibi dəyişib, pozulub, onları törəmə tipli bitkilər əvəz edib. Rayonun dağ meşələrində fıstıq, vələs və palıd üstünlük təşkil edir. Bu 3 ağac cinsindən ibarət meşələr rayon meşələrinin 95 faizinə bərabərdir. Digər ağac növlərinin (göyrüş, qovaq, ağcaqayın, dəmirqara və s.) üstünlük təşkil etdiyi meşəliklər az sahə tutur. Rayon ərazisinin 37,6 faizi meşələrdən ibarətdir. Meşə ilə örtülü sahənin 37107 hektarı ətraf mühiti mühafizə edən qoruyucu kateqoriyasına aid edilib. Oğuz şəhəri ətrafında 546 ha meşə sahəsi yaşıllıq zonası kimi ayrılıb. Böyük torpaqqoruyucu, sanitar - sağlamlıq, estetik və rekreasiya əhəmiyyəti daşıyır.
Daha sonra meşədə yerləşən istirahət mərkəzində gənclər üçün ziyafət təşkil olunub.
Qeyd edək ki, iyulun 11-də Bakıya qayıdacaq gənclər üçün idman yarışları, interaktiv oyun və diskoteka təşkil ediləcək, gündəlik hesabat xarakterli foto-slayd nümayiş olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07

