Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı Qadınlar Şurasının konfransı keçirilib
23.05.2014 [09:19]
Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatı Qadınlar Şurasının IV konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi önünə gül dəstələri qoyub, xatirəsinə ehtiramlarını bildiriblər.
Konfransda YAP Ağdam rayon təşkilatı Qadınlar Şurasının sədri Cəmilə Qasımova ötən müddət ərzində görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edərək, görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Rayon qadınlarının ictimai-siyasi həyatda fəal iştirakından bəhs edən Cəmilə Qasımova bildirib ki, rayon təşkilatının 5712 üzvündən 2312-si qadınlardır. Təkcə 2013-cü ildə 251 qadın partiyaya üzv olub.
Məruzə ətrafında çıxış edənlər rayon təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndiriblər. O da qeyd olunub ki, rayon qadınlarından 122 nəfəri idarəetmədə, 6167 nəfəri təhsil, 2113 nəfəri səhiyyə, 1016 nəfəri mədəniyyət sahələrində, 34 nəfəri bələdiyyələrdə çalışır. Təhsil şöbəsinin, mərkəzi rayon xəstəxanasının, musiqi kollecinin, 2 saylı peşə məktəbinin müdirləri qadınlardır.
Konfransda çıxış edən Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan, ölkənin tərəqqisindəki xidmətlərindən, qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətdəki yeri və rolundan, rayonun ictimai, siyasi, təhsil, səhiyyə, mədəniyyət sahələrindəki fəaliyyətindən danışıb. Natiq onu da qeyd edib ki, YAP Ağdam rayon təşkilatının Qadınlar Şurasının üzvləri bütün seçkilərdə, o cümlədən, rayonda aparılan quruculuq-abadlıq işlərində xüsusi fəallıq göstərirlər.
Sonra konfransda təşkilati məsələyə baxılıb, Mətanət Misirxanova şuranın yeni sədri seçilib. Eyni zamanda, sədr müavinləri, qurumun yeni tərkibi və idarə heyəti, həmçinin, YAP Qadınlar Şurasının növbəti konfransına nümayəndələr seçilib.
NADİR
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40

