Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Şəmkirdə 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib

Şəmkirdə 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib

08.03.2014 [09:52]

Şəmkir rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının birgə təşəbbüsü ilə 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə geniş tədbir keçirilib. Tədbirdə çıxış edən Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov bildirib ki, dövlət müstəqilliyimizin bərpasından sonra ötən illər ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr verib. Elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də, digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu ilbəil artırmağa müvəffəq olub: “Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri məmnunluq hissi doğurur. Ölkəmizdəki sabitlik və demokratik mühit qarşıdakı illərdə də onlara öz fitri istedadlarını, yaradıcılıq imkanlarını tam gerçəkləşdirə bilmələri üçün bütün lazımi şəraiti təmin edir”.
Sonra çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev deyib ki, Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlayıblar. Sürətlə maariflənən qadınlarımız yüzillərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olublar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.
Digər çıxışçılar - Şəmkir su elektrik stansiyasının rəisi Misir Yusifov, Şəmkir şəhər Poliklinikasının həkimi Nüşabə Seyidova və başqaları qeyd ediblər ki, dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunan Azərbaycanın qadını bu gün ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının fəal iştirakçısına çevrilib. Bildirilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın genişmiqyaslı fəaliyyəti ölkəmizin xanımları üçün örnək təşkil edir. “Mehriban xanım Əliyeva Azərbaycan qadınına xas olan ən dəyərli keyfiyyətləri özündə birləşdirməklə qadınlarımızı dünyada ləyaqətlə təmsil edir, xalqımızı başqa xalqların gözündə daim ucaldır”.
Həmçinin, vurğulanıb ki, şəmkirli qadınlar da bu gün iqtisadiyyatımızın gücləndirilməsində təhsil, səhiyyə, mədəniyyət, sahibkarlıq, aqrar və digər sahələrdə əzmlə çalışmaqla yanaşı, YAP sıralarında da yüksək səviyyədə təmsil olunurlar və fəallıq nümayiş etdirirlər.
Tədbirin sonunda rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edən xanımlara Şəmkir rayon İcra Hakimiyyətinin və YAP Şəmkir rayon təşkilatının hədiyyələri təqdim olunub.

Paylaş:
Baxılıb: 1133 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Yeni texnologiyalar

Ədəbiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30