Xalqımızın qan yaddaşında əbədi həkk olunmuş Xocalı soyqırımından 22 il ötür
19.02.2014 [09:13]
YAP Abşeron rayon təşkilatında Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının qərargahında Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş nitqi ilə açan YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev bildirib ki, Xocalı faciəsinə Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verilib. Prezident İlham Əliyev tərəfindən bu kütləvi qırğının acı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, dünya birliyi tərəfindən soyqırımı aktı kimi tanınması istiqamətində məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirilir: “Hər il Bakıda minlərlə insanın iştirakı ilə ümumxalq yürüşünün keçirilməsi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə, eləcə də, son illər böyük vüsət alan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünyanın əksər dövlətlərində çoxsaylı və mütəşəkkil aksiyaların təşkil olunması, xüsusi əyani vəsaitlərin hazırlanaraq mütəmadi yayılması bu məqsədlərə xidmət edir”.
Sonra tədbir iştirakçıları 1992-ci ilin şaxtalı fevral günlərində Xocalıda yaşayan həmvətənlərimizin düçar olduqları qətliam və erməni qəsbkarlarının insanlığa sığmayan vəhşiliklərini faktların və rəqəmlərin dili ilə diqqətə çatdırıblar, bu qırğının xalqımızın qan yaddaşında buraxdığı izlərdən söz açıblar.
Tədbirdə, həmçinin, Xocalı faciəsi barədə sənədlərdən, arxiv və foto materiallardan ibarət xüsusi stend hazırlanıb, erməni vandallarının Xocalıda törətdikləri vəhşiliklərdən bəhs edən sənədli filmlər nümayiş etdirilib.
Sonda tədbir iştirakçıları erməni qəsbkarları tərəfindən törədilmiş, bəşəriyyətə qarşı dəhşətli cinayət sayılan qanlı Xocalı hadisələrini, yüzlərlə günahsız insanın vəhşicəsinə qətlə yetirilməsini, kütləvi qırğın nəticəsində erməni hərbi birləşmələri tərəfindən Xocalı şəhərinin yerlə-yeksan edildiyi, çoxsaylı dinc sakinin ağır yaralandığı və ya işgəncələrə məruz qalaraq əsir götürüldüyünü əks etdirən fotostendlərlə tanış olublar.
Zahid İLHAMOĞLU
Xəbər lenti
Hamısına baxDünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17

