14 İyul – Azərbaycanın dirçəliş salnaməsinin başlanğıcı
14.07.2026 [11:17]
Azərbaycanın müasir tarixində elə taleyüklü günlər var ki, onlar təkcə bir təqvim tarixi deyil, bütöv bir xalqın taleyini dəyişən dönüş nöqtəsi kimi yaddaşlara həkk olunub. Belə əlamətdar günlərdən biri də 14 iyul 1969-cu il – Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi günüdür. Məhz həmin tarixdən etibarən respublikamızın ictimai-siyasi, iqtisadi, elmi və mədəni həyatında yeni inkişaf mərhələsinin əsası qoyuldu.
Heydər Əliyev rəhbərliyə gəldiyi ilk gündən Azərbaycanı gələcəyə hesablanmış strateji baxışla idarə etdi. O dövrün mürəkkəb siyasi və iqtisadi şərtlərinə baxmayaraq, qısa müddətdə respublikanın sənaye potensialı gücləndirildi, kənd təsərrüfatı inkişaf etdirildi, yeni zavod və fabriklər tikildi, yollar, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları istifadəyə verildi. Təhsil, elm və mədəniyyət dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi, milli kadr hazırlığına xüsusi önəm verildi. Minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaradıldı ki, bu da gələcək müstəqil Azərbaycanın peşəkar kadr potensialının formalaşmasında mühüm rol oynadı.
Ümummilli Lider milli-mənəvi dəyərlərimizin qorunmasını, ana dilimizin inkişafını və azərbaycançılıq ideyasının möhkəmləndirilməsini fəaliyyətinin başlıca istiqamətlərindən biri hesab edirdi. Onun uzaqgörən siyasəti nəticəsində milli özünüdərk hissi gücləndi, xalqın gələcəyə inamı artdı və müstəqil dövlətçilik üçün möhkəm zəmin formalaşdırıldı.
1993-cü ildə Azərbaycan ağır sınaqlarla üz-üzə qalanda xalq öz xilaskarını yenidən siyasi hakimiyyətə dəvət etdi. Heydər Əliyevin qayıdışı ölkəmizi vətəndaş qarşıdurmasından, parçalanmaq təhlükəsindən və dövlət müstəqilliyinin itirilməsi riskindən xilas etdi. Qısa müddətdə sabitlik təmin olundu, hüquqi və demokratik dövlət quruculuğunun əsasları yaradıldı, yeni neft strategiyası həyata keçirildi, Azərbaycanın beynəlxalq nüfuzu yüksəldi və gələcək inkişafın möhkəm təməli qoyuldu.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin müəyyən etdiyi siyasi kurs uğurla davam etdirilir. Azərbaycanın iqtisadi gücə çevrilməsi, beynəlxalq aləmdə artan nüfuzu, regionun lider dövləti kimi mövqeyinin möhkəmlənməsi, tarixi Zəfərimizin qazanılması, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpası Heydər Əliyev ideyalarının nə qədər uzaqgörən və həyati əhəmiyyət daşıdığını bir daha təsdiq edir.
14 İyul tarixi hər bir azərbaycanlı üçün sadəcə keçmişin xatirəsi deyil. Bu tarix müasir dövlətçiliyimizin inkişaf yolunun başlanğıcı, milli intibahın təməli, güclü Azərbaycan ideyasının ilk böyük addımıdır. Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsi bu gün də xalqımıza yol göstərən ən etibarlı mənbə, dövlətimizin gələcək inkişafının ideoloji dayağı olaraq yaşayır.
14 İyul – müdrik liderliyin, uzaqgörən siyasətin, milli dövlətçilik təfəkkürünün və müasir Azərbaycanın təməl daşının qoyulduğu şərəfli tarixdir. Bu tarixin işığında formalaşan Azərbaycan bu gün qalib, güclü və gələcəyinə inamla addımlayan müstəqil dövlətdir.
Neva Abdurahmanova
YAP Qusar rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

