/ / Silahlı Qüvvələri Günü münasibətilə YAP Ağdam Rayon Təşkilatının inzibati binasında şəhid ailələri ilə görüş keçirildi
Silahlı Qüvvələri Günü münasibətilə YAP Ağdam Rayon Təşkilatının inzibati binasında şəhid ailələri ilə görüş keçirildi
29.06.2026 [12:41]
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının inzibati binasında şəhid ailələri ilə görüş keçirildi.
Görüşdə YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam Rayon İcra Hakimiyyəti sektor müdiri Samir Məmmədov, SHXÇüzrə DX nin Ağdam rayon şöbəsinin rəis müavini Kənan Hüseynov, şəhid ailələrinin üzvləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, ruhuna ehtiramlarını ifadə etmişlər.
Görüşün rəsmi hissəsinə başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağdam rayon təşkilastının sədri Mansur Quliyev və digər çıxış edənlər Ağdam Rayon İcra Hakimiyyəti sektor müdiri Samir Məmmədov, SHXÇüzrə DX nin Ağdam rayon şöbəsinin rəis müavini Kənan Hüseynov bildirdilər ki, Azərbaycan xalqı bu gün də Ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətini qoruyur və bu ideyaların Prezident İlham Əliyev tərəfindən yeni şəraitdə həyata keçirilməsini böyük ruh yüksəkliyi ilə dəstəkləyir. Milli maraqlara əsaslanan və xalqın rifahına xidmət edən bu kursun nəticəsində Azərbaycan 2020-ci ildə tarixinin ən şanlı səhifəsini – Vətən müharibəsində əldə olunan Zəfəri yazdı. Bu tarixi qələbədə şəhidlərimizin və qazilərimizin vətən qarşısında xidmətləri misilsizdir. Mansur Quliyev bildirdi ki, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Bu sahədə həyata keçirilən tədbirlər ardıcıl və sistemli xarakter daşıyır.
Tədbirdə çıxış edən şəhid valideyinləri Siyafər Fərzəliyeva, Mehman Göyüşov övladlarının 3-cü dərəcəli “Vətənə Xidmətə görə” ordenlə təltif olunduqları üçün Prezident cənab İlham Əliyevə və həmçinin onlara göstərilən daimi diqqət, qayğıya görə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Silahlı Qüvvələr Günü münasibətilə şəhid ailələrinə YAP Ağdam rayon təşkilatı tərəfindən hədiyyələr təqdim olunmuşdur.
Xəbər lenti
Hamısına baxGündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50

