Müzəffər Azərbaycan ordusu - Milli qüdrətimizin və tarixi zəfərimizin rəmzi
23.06.2026 [16:17]
Dövlətin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün ən sarsılmaz təminatı onun milli ordusudur. Azərbaycan xalqının tarix boyu nümayiş etdirdiyi azadlıq mübarizəsi və dövlətçilik ənənəsi, güclü hərbi təşkilatlanmanın qurulması ilə özünün ən yüksək zirvəsinə çatmışdır. Təməli 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə atılan Azərbaycan Ordusu, əsrlik inkişaf xəttindən sonra bu gün müasir dünyanın ən güclü, ən nizam-intizamlı və yüksək döyüş qabiliyyətinə malik hərbi qüvvələrindən birinə çevrilmişdir. Cümhuriyyətin qurucularının xəyal belə edə bilməyəcəyi bir möhtəşəmliyə və qüdrətə ucalan ordumuz, təkcə bir müdafiə mexanizmi deyil, həm də milli qürurun, sarsılmaz iradənin və xalq ilə dövlət arasındakı qopmaz birliyin ən bariz nümunəsidir. Ordu mövzusu, tarixin bütün mərhələlərində dövlətimizin və cəmiyyətimizin qəlbində mərkəzi yer tutmuş, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əsas amilə çevrilmişdir.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin hərbi sahədə atdığı strateji addımlar və ortaya qoyduğu uzaqgörən vizyon müasir ordumuzun onurğa sütununu formalaşdırmışdır. Ümummilli Liderin "Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunun gücünü artırır" fəlsəfəsi, hərbi strukturun cəmiyyətlə monolit bütövlüyünü təmin etmişdir. Orduda xidmət etməyi hər bir Azərbaycan vətəndaşının şərəfli borcu kimi dəyərləndirən bu yanaşma, hərbçi peşəsini ölkədə ən müqəddəs və hörmətli mövqeyə yüksəltmişdir. Ulu Öndərin əsasını qoyduğu bu köklü hərbi islahatlar və ordu quruculuğu siyasəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən böyük qətiyyətlə və dahi strateqliklə davam etdirilmişdir. Bu gün ordumuzun ən müasir hərbi texnologiyalarla təchiz edilməsi, maddi-texniki bazasının mükəmməlləşdirilməsi və beynəlxalq standartlara cavab verən peşəkar kadr potensialının hazırlanması məhz bu məqsədyönlü siyasətin parlaq nəticəsidir.
Azərbaycanın hərbi sahədə qazandığı uğurlar təkcə nəzəri islahatlarla məhdudlaşmamış, döyüş meydanında qazanılan şanlı qələbələrlə bütün dünyaya nümayiş etdirilmişdir. 44 günlük Vatan Müharibəsi Azərbaycan əsgər və zabitinin peşəkarlığını, qəhrəmanlığını və vətən torpağına olan sonsuz sədaqətini tarixə qızıl hərflərlə həkk etdi. Otuz ilə yaxın davam edən diplomatik danışıqların nəticəsiz qaldığı bir şəraitdə, beynəlxalq hüququ və tarixi ədaləti döyüş meydanında bərpa edən Silahlı Qüvvələrimiz işğal altındakı doğma torpaqlarımızı azad edərək xalqımızın həsrətinə son qoydu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yazılan bu zəfər dastanı ordumuzun dünyanın ən güclü 50 ordusu sırasında yer aldığını və sarsılmaz döyüş əzmini əyani şəkildə sübut etdi. Qazanılan bu tarixi qələbədən sonra da hərbi potensialın artırılması, müdafiə sənayesinin gücləndirilməsi istiqamətində addımlar sürətlə davam etdirilir.
Son illərdə həyata keçirilən struktur islahatları Azərbaycanın müdafiə doktrinasını tamamilə yeni səviyyəyə qaldırmışdır. Ordunun müasir döyüş şəraitinə uyğunlaşdırılması məqsədilə yaradılan Komando hərbi hissələri, hər cür çətin coğrafi və iqlim şəraitində xüsusi əməliyyat keçirmək qabiliyyəti ilə Silahlı Qüvvələrin zərbə gücünü qat-qat artırmışdır. Bununla yanaşı, hərbi təhsilin akademik səviyyədə ən yüksək pilləyə çatdırılması məqsədilə Milli Müdafiə Universitetinin təsis edilməsi, peşəkar kadrların müasir bilik və hərbi elmin nailiyyətləri ilə silahlanmasında tarixi dönüş nöqtəsi olmuşdur. Dövlətimiz vətəni canı bahasına qoruyan hərbi qulluqçularına, qazilərinə və şəhid ailələrinə olan minnətdarlıq borcunu onların sosial müdafiəsini, mənzil təminatını və yaşayış şəraitini davamlı olqraq yaxşılaşdırmaqla göstərir. Hərbçilərin yüksək dövlət orden və medalları ile təltif edilməsi, onlara göstərilən xüsusi diqqət və qayğı dövlət siyasətinin dəyişməz prioritetidir.
Azərbaycanın hərbi qüdrəti, eyni zamanda beynəlxalq arenada qurulan strateji tərəfdaşlıqlar və müttəfiqlik əlaqələri ilə daha da möhkəmlənir. Bu xüsusda, qardaş Türkiyə Cümhuriyyəti ilə imzalanan tarihi Şuşa Bəyannaməsi regional sabitliyin və təhlükəsizliyin ən böyük təminatçısıdır. Bəyannamə çərçivəsində iki ölkənin müdafiə qabiliyyətlərinin birgə inkişafı, müntəzəm hərbi təlimlərin keçirilməsi və müasir texnologiyalara əsaslanan sıx əməkdaşlıq dost ve qardaş orduların gücünü ortaq məxrəcə gətirmişdir. Eyni zamanda, son illərdə İsrail dövləti ilə hərbi-texniki sahədə dinamik şəkildə inkişaf edən əməkdaşlıq, Azərbaycan Ordusunun ən qabaqcıl müdafiə sistemlərinə və texnoloji üstünlüklərə sahib olmasını şərtləndirmişdir.
26 İyun – Silahlı Qüvvələr Günü təkcə təqvimdəki hərbi bayram deyil, Azərbaycan xalqının azadlıq eşqinin, dövlət rəsmiyyətinin və milli qürurunun təntənəsidir. Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin isə zəfərlərlə taclandırdığı Azərbaycan Ordusu, bu gün ölkəmizin bütün sərhədlərində suverenliyimizi tam bərpa etmiş qalib bir qüvvədir. "Bizim ordumuz bizim qürurumuzdur" şüarı ilə hərəkət edən dövlətimiz və xalqımız öz ordusunun ətrafında sarsılmaz bir yumruq kimi birləşmişdir. Tarixi ədaləti, beynəlxalq hüququ və ərazi bütövlüyünü döyüş meydanında şərəflə tescil edən bu şanlı ordu, gələcəkdə də regionumuzda sülhün, sabitliyin və təhlükəsizliyin ən etibarlı qalası olmaqda davam edəcək, hər an yeni-yêni uğurlara imza atacaqdır.
Möhsünlü Səltənət
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

