Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Tərtərdə tibb işçilərinin peşə bayramı qeyd olunub

Tərtərdə tibb işçilərinin peşə bayramı qeyd olunub

17.06.2026 [14:08]

17 iyun–Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Tərtər Rayon İcra Hakimiyyəti, YAP Tərtər rayon təşkilatı və rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra tədbir Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının inzibati binasında “dəyirmi masa“ ətrafında davam etdirilib.

Öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov tibb işçilərini peşə bayramı münasibətilə təbrik edərək, onların insanların sağlamlığının qorunması sahəsində gördükləri fədakar xidmətləri yüksək qiymətləndirib, bu şərəfli peşə sahiblərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rayon rəhbəri Ümummilli Liderin həkimlik peşəsinə verdiyi dəyəri xatırladıb: “Sizin peşəniz elə bir peşədir ki, hər bir insana lazımdır və dünyanın hər bir yerində lazımdır.”

İcra başçısı qeyd edib ki, bir əsrdən çox müddətdə Azərbaycan səhiyyəsi böyük inkişaf yolu keçib. Son illər Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər respublikamızda bu sahənin dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Aparılan islahatlar, maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə əlaqədar görülən işlər əhalinin dövlət tibb müəssisələrinə olan inamını getdikcə artırır.

Heydər Əliyev Fondunun diabetli, talassemiyalı xəstələrə göstərdiyi qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında gördüyü işlər də böyük razılıq və rəğbət doğurur.

Rayon rəhbəri yeni növ koronavirus (COVID-19) pandemiyası və 44 günlük Vətən müharibəsi dövründə tibb işçilərinin öz vəzifə borclarını ləyaqətlə yerinə yetirdiyini də dilə gətirib.

Sonra YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov çıxış edərək səhiyyə sahəsində həyata keçirilən dövlət siyasətindən, tibb işçilərinin cəmiyyət həyatındakı mühüm rolundan danışıb, onların əhalinin sağlamlığının keşiyində dayandıqlarını vurğulayıb.

Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Bəkir Nağıyev çıxışında səhiyyə işçilərinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, rayon səhiyyəsinin inkişafı istiqamətində görülən işlərdən, tibb işçisi şəhid bacısı Sevda İsmayılova, həkim-infeksionist Yeganə Səfərova və qeydiyyatçı Bəsirə Həsənzadə də çıxış edərək, tibb işçilərinin üzərinə düşən məsuliyyətdən, vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıblar.

Sonda səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə bir qrup tibb işçisinə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanlar təqdim olunub.

Tədbir iştirakçıları göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə ediblər.

Paylaş:
Baxılıb: 110 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sosial

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30