Azərbaycan güləşinin Avropa zəfəri
01.05.2026 [12:38]
Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında Azərbaycan milli komandasının qazandığı böyük uğur ölkəmizin idman tarixində mühüm hadisə kimi qiymətləndirilir. Həm sərbəst, həm yunan-Roma növü üzrə nümayiş etdirilən nəticələr Azərbaycanın bu sahədə Avropanın aparıcı gücü olduğunu bir daha təsdiqlədi. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müasir dövrdə güləş üzrə rəqabət son dərəcə gərgin olsa da, Azərbaycan idmançıları yüksək peşəkarlıq, iradə və ədalətli mübarizə ilə üstünlüklərini qorumağı bacardılar.Hər dəfə beynəlxalq yarəşlarda bizim bayrağımız ucalanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir
Ölkə başçısının Avropa çempionatında komanda hesabında tarixi qələbə qazanan Azərbaycan güləşçilərini qəbul etməsi ölkədə idmana verilən yüksək dəyərin, milli idman ənənələrinin və vətənpərvərlik ruhunun növbəti parlaq təzahürü oldu. Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan idmanı yalnız yarış meydanlarında deyil, həm də milli birliyin, mənəvi gücün və dövlət siyasətinin mühüm sütunlarından biridir.
Azərbaycan güləş məktəbinin uğurları zəngin ənənələrə əsaslanır. Bu gün təcrübəli çempionlarla yanaşı, gənc idmançıların da böyük nailiyyətlər əldə etməsi ölkədə məşq sisteminin düzgün qurulduğunu göstərir. Federasiya rəhbərliyində və məşqçi heyətində tanınmış idmançıların təmsil olunması nəsillərarası davamlılığın qorunmasına xidmət edir. Vaxtilə arenalarda qələbə qazanan qəhrəmanların bu gün yeni çempionlar yetişdirməsi Azərbaycan idmanının sistemli inkişaf modelini nümayiş etdirir. Bütün bunlar ölkəmizdə güləşin uğurla inkişaf etdiyini göstərir, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır.
Bölgələrdə yaradılmış geniş idman infrastrukturu, Olimpiya İdman Kompleksləri və müasir güləş zalları gələcək uğurların əsas bazasını təşkil edir. Dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi idmana göstərilən diqqət ölkənin hər yerində sağlam və peşəkar gənclərin yetişməsinə şərait yaradır. Bu, Azərbaycanın idman sahəsində uzunmüddətli strateji baxışının nəticəsidir.
Dövlət başçısının çıxışında xüsusi yer alan məsələlərdən biri də qadın güləşinin inkişafı oldu. Qızların Avropa çempionatında medalçılar sırasında yer alması Azərbaycanda qadın idmanının yüksələn xətt üzrə inkişaf etdiyini göstərir. Dövlət başçısının gələcəkdə qadın güləşçilərin daha böyük uğurlar qazanacağına inamı bu sahəyə verilən dəstəyin bariz nümunəsidir.
Azərbaycan idmançılarının yalnız yarış meydanında deyil, gündəlik həyatda da yüksək mənəvi keyfiyyətlər nümayiş etdirməsi xüsusi önəm daşıyır. Prezidentin vurğuladığı kimi, çempion üçün medal qədər onun cəmiyyətdə nümunəvi davranışı da vacibdir. Bu yanaşma Azərbaycan idmanının təkcə fiziki gücə deyil, həm də yüksək mənəviyyata söykəndiyini göstərir.
Beləliklə Azərbaycan idmanı dövlətin ardıcıl qayğısı, güclü federasiya sistemi, peşəkar məşqçi korpusu və milli ənənələrin vəhdəti nəticəsində yeni zirvələr fəth edir. Avropa çempionatındakı bu möhtəşəm qələbə isə Azərbaycanın qalib xalq və qalib dövlət kimi gücünü idman arenasında da parlaq şəkildə nümayiş etdirdi.
Bu gün Azərbaycan güləşi yalnız medallar qazanmır — o, milli qüruru, dövlət gücünü və gələcəyə inamı təcəssüm etdirir. Azərbaycanın idman salnaməsinə yazılan hər yeni qələbə xalqımızın birlik və əzmini daha da möhkəmləndirir. Cənab Prezidentimizin vurğuladığı kimi, Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidilər.
Qadir İbrahimov
YAP Culfa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25

