Dostluqdan tərəfdaşlığa: İki ölkənin uğurlu modeli
09.04.2026 [14:44]
Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında münasibətlər təkcə rəsmi sənədlər və siyasi əlaqələrlə məhdudlaşmır, eyni zamanda iki xalqın tarixən formalaşmış dostluq və qonşuluq münasibətlərinə əsaslanır. Bu əlaqələr illər keçdikcə daha da möhkəmlənmiş və bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Hər iki ölkə bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır, regionda sülh və sabitliyin qorunması üçün birgə fəaliyyət göstərir.
Siyasi münasibətlər yüksək səviyyədədir və qarşılıqlı səfərlər bu əlaqələrin inkişafında mühüm rol oynayır. Bu baxımdan İlham Əliyevin Gürcüstana etdiyi səfərlər xüsusi əhəmiyyət daşıyır. Bu səfərlər zamanı verilən mesajlar daha çox səmimiyyətə, qarşılıqlı etimada və uzunmüddətli əməkdaşlığa əsaslanır. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd etmişdir ki, Azərbaycan və Gürcüstan yalnız tərəfdaş deyil, həm də bir-birinə güvənən dost ölkələrdir.
İmzalanan birgə bəyanatlar da bu səmimi münasibətlərin rəsmi ifadəsi kimi çıxış edir. Xüsusilə aşağıdakı sənədlər diqqət çəkir:
“Azərbaycan Respublikası və Gürcüstan Respublikası arasında Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Birgə Bəyanat”
“Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında əməkdaşlığın genişləndirilməsinə dair Birgə Bəyanat”
“Azərbaycan Respublikası və Gürcüstan Respublikası arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafına dair Birgə Bəyanat”
Bu bəyanatlarda təkcə rəsmi əməkdaşlıq deyil, həm də xalqlar arasında qarşılıqlı hörmət, etimad və səmimi münasibətlərin qorunması vurğulanır. Sənədlərdə qeyd olunur ki, iki ölkə bir-birinin uğuruna sevinən, çətin anlarda isə bir-birinə dəstək olan tərəfdaşlardır.İqtisadi sahədə əməkdaşlıq da bu səmimiyyət üzərində qurulmuşdur. Azərbaycan Gürcüstanın əsas enerji tərəfdaşlarından biri kimi çıxış edir. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri və Bakı–Tbilisi–Qars dəmir yolu kimi layihələr yalnız iqtisadi deyil, həm də dostluğun real nəticəsi kimi qiymətləndirilir. Bu layihələr iki ölkə arasında qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu göstərir.Ticarət və turizm sahələrində də əlaqələr ildən-ilə genişlənir. İnsanlar sərbəst şəkildə bir-birinin ölkəsinə səfər edir, mədəniyyətləri yaxından tanıyır və bu da münasibətlərin daha da istiləşməsinə səbəb olur. Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər bu dostluğun canlı nümunəsidir.
Təhsil sahəsində də münasibətlər yalnız rəsmi çərçivədə deyil, səmimi əməkdaşlıq ruhunda inkişaf edir. Universitetlər arasında əlaqələr qurulur, tələbə və müəllim mübadiləsi həyata keçirilir. Gürcüstanda yaşayan azərbaycanlı şagirdlərin ana dilində təhsil alması üçün yaradılan şərait və Azərbaycanda gürcü dilinin öyrədilməsi xalqlar arasında qarşılıqlı hörmətin göstəricisidir. Bu sahədə həyata keçirilən layihələr gələcək nəsillərin daha yaxın və anlayışlı olmasına xidmət edir. Beləki, nəticə olaraq, Azərbaycan və Gürcüstan arasında münasibətlər yalnız rəsmi tərəfdaşlıq deyil, həm də səmimi dostluq üzərində qurulmuşdur. Bu münasibətlər qarşılıqlı etimad, hörmət və dəstək prinsiplərinə əsaslanır və gələcəkdə daha da möhkəmlənərək davam edəcəkdir
Gülnar Əlizadə
YAP Şahbuz rayon Təhsil Şöbəsinin Ərazi partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxMədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29

