Bakı-Vaşinqton əlaqələri: tərəfdaşlıq, sülh və sabitlik uğrunda birgə fəaliyyət...
11.08.2026 [11:50]
Prezident İlham Əliyev ilə Prezident Donald Tramp arasında telefon danışığı olub
Yeni iqtisadi nizamın aparıcı orta güc dövlətlərindən sayılan Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş, qlobal sülhə töhfə verən dövlət və regional sabitliyin əsas dayaqlarından biri kimi tanınmaqdadır. İqtisadi potensialın ardıcıl şəkildə gücləndirilməsi, enerji layihələrinin uğurla icrası, nəqliyyat-kommunikasiya dəhlizlərində aparıcı rolun qazanılması və ən əsası müstəqil siyasi kursun qorunması, regionda sabitliyin formalaşdırılması Bakıya beynəlxalq aləmdə xüsusi nüfuz qazandırıb. Azərbaycanın diplomatiyası artıq yalnız regionun deyil, bütövlükdə Avrasiyanın inkişaf və təhlükəsizlik gündəliyində mühüm amil kimi qəbul olunur. Elə buna görədir ki, Azərbaycanla əməkdaşlıq təkcə qonşu dövlətlər üçün deyil, həm də qlobal güclər üçün prioritetə çevrilib. Ötən ilin avqustunda Vaşinqtonda baş tutan üçtərəfli sammit isə sülh reallığının beynəlxalq təsdiqi olmaqla yanaşı, həm də Bakı-Vaşinqton münasibətlərində yeni bir səhifə açdı.
Sülh sazişinin paraflanması sülhü təsbit edir
Qeyd edək ki, avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Telefon söhbəti zamanı Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə məmnunluq ifadə olunub, Vaşinqton sülh zirvəsi və ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamənin və Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması ilə bağlı sazişin paraflanmasının regionda münaqişəyə son qoyduğu və sülhü təsbit etdiyi vurğulanıb.
Bəli, Azərbaycan müharibədən sonrakı dövrdə də qalib dövlət olmasına baxmayaraq özünün sülhpərvər siyasi ənənəsinə sadiq qaldı - Bakı regionda sabitliyin və davamlı təhlükəsizliyin bərpası üçün qətiyyətli iradə nümayiş etdirdi. Tarix göstərdi ki, Azərbaycan üçün qələbə revanşizm demək deyil - qələbə yeni bir siyasi reallıq, yeni münasibətlər sistemi və yeni inkişaf mühiti formalaşdırmaq imkanıdır. Məhz bu yanaşmanın məntiqi davamı olaraq bölgədə sabitliyin möhkəmləndirilməsinə, dövlətlərarası münasibətlərin normallaşmasına və qarşılıqlı etimada əsaslanan yeni siyasi baxış meydana çıxdı. Yeni sülh şəraiti isə 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən yüksək səviyyəli görüşdə özünün siyasi və diplomatik təsdiqini tapdı. ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə sülh sazişi layihəsinin paraflanması regionun gələcəyi baxımından mühüm dönüş nöqtəsi kimi qiymətləndirildi. Bu addım iki ölkə arasında münasibətlərin normallaşması ilə yanaşı, bütövlükdə Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşması baxımından da mühüm əhəmiyyət daşımış oldu. Uzun illər ərzində formal fəaliyyət göstərən, lakin real nəticə ortaya qoya bilməyən Minsk Qrupunun ləğvi regionda yeni və daha effektiv siyasi yanaşmaların ön plana çıxdığını təsdiqlədi.
Vaşinqton görüşü göstərdi ki, Azərbaycan tərəfindən irəli sürülən sülh təşəbbüsləri artıq beynəlxalq müstəvidə də qəbul edilir və dəstəklənir. Bu, Cənubi Qafqazda formalaşan sülh prosesinin lokal deyil, qlobal miqyasda tanınmasının göstəricisidir. Məhz bu görüş regionun artıq münaqişə zonası kimi deyil, sabitlik və əməkdaşlıq məkanı kimi qəbul olunmağa başlamasının da qlobal təsdiqi kimi yadda qaldı.
Sülh prosesində liderlərin rolu...
Telefon danışığı zamanı dövlətimizin başçısı Vaşinqton sülh zirvə görüşünə ev sahibliyi etməsinə və sülh gündəliyinə verdiyi töhfələrə görə Donald Trampa minnətdarlığını bildirib. Donald Tramp sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirib. Ötən bir il ərzində regionda sülh və sabitliyin təmin olunduğu, bölgədə sülhə xələl gətirə biləcək insidentin olmadığı məmnunluqla vurğulanıb.
Qeyd edildiyi kimi, sülhyaratma prosesinin zirvəsi sayılan Vaşinqton görüşünün reallaşması məsələsində ABŞ-ın Prezidenti Donald Trampın rolu ayrıca vurğulanmalıdır. Hakimiyyətə qayıdışından sonra ötən bir il ərzində Tramp administrasiyası Azərbaycanla münasibətlərə xüsusi önəm verərək Cənubi Qafqazda Bakı tərəfindən formalaşdırılan yeni siyasi reallıqları açıq şəkildə dəstəklədi. Bu yanaşma ABŞ-ın regionda sabitliyə, təhlükəsizliyə və praqmatik əməkdaşlığa verdiyi önəmin göstəricisi kimi dəyərləndirilə bilər. Trampın yanaşması klassik vasitəçilik modelindən fərqlənirdi. Burada əsas prinsip süni balans axtarışı deyil - beynəlxalq hüquq çərçivəsində formalaşmış yeni vəziyyətin qəbul edilməsi və onu yeni imkanlara çevirmə istəyidir. ABŞ-ın Azərbaycanın liderliyi ilə yaranmış regional düzəni dəstəkləməsi sülh prosesinə əlavə legitimlik qazandırdı. Bu dəstək region üçün qurulacaq daha geniş və uzunmüddətli gələcəyin siyasi zəmanəti kimi çıxış edir. ABŞ-Azərbaycan əlaqələrinin güclənməsi isə ayrıca olaraq Cənubi Qafqazı qlobal iqtisadi və nəqliyyat layihələrinin vacib hissəsinə çevirir. Beləliklə, Vaşinqtonun mövqeyi yalnız ikitərəfli münasibətlər kontekstində deyil, bütövlükdə regionun gələcək inkişaf trayektoriyası baxımından strateji əhəmiyyət daşıyır.
TRIPP layihəsinin regional bağlantılar baxımından əhəmiyyəti...
Telefon danışığı zamanı Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana daşınması, iki ölkə arasında ticarət əlaqələrinin başlanması müsbət hallar kimi qeyd edilib. Eləcə də, Telefon danışığı əsnasında TRIPP layihəsinin regional bağlantılar baxımından əhəmiyyəti vurğulanıb, Azərbaycan ərazisində nəqliyyat infrastrukturu işlərinin başa çatmaq mərhələsində olduğu bildirilib. Ermənistan ərazisində TRIPP layihəsi üzrə işlərin tezliklə başlanacağına ümidvarlıq ifadə olunub.
Qeyd edək ki, Zəngəzur dəhlizi (TRİPP) layihəsi post-müharibə dövründə məhz Azərbaycanın təşəbbüsü kimi ortaya çıxıb. 8 avqust 2025-ci il Vaşinqton görüşləri zamanı isə imzalanan üçtərəfli Bəyannamədə bu dəhlizin konturları özünün siyasi təsdiqini tapıb. Layihə birmənalı olaraq yeni iqtisadi nizamın əsas komponentlərindən biri kimi dəyərləndirilir. Mütəxəssislərin firkrincə, 15 milyon ton ötürmə potensialına malik olması gözlənilən Zəngəzur dəhlizi (TRİPP) yaxın gələcəkdə Orta Dəhlizin mühüm seqmentlərindən birinə çevriləcək. Bu isə Azərbaycanın geosiyasi mövqeyinin daha da möhkəmlənməsi ilə yanaşı, region ölkələrinin tranzit və ticarət gəlirlərinin artmasına imkan yaradacaq.
Qitələrarası ticarət dövriyyəsinin 200 milyard dollar artacağı gözləntiləri fonunda Zəngəzur dəhlizi (TRİPP) mühüm nəqliyyat marşrutlarından birinə çevrilə bilər. Yüklərin 10-15 faizinin bu dəhliz vasitəsilə daşınması halında Azərbaycanın yaxın gələcəkdə illik 3 milyard dollara qədər tranzit gəliri əldə etmək potensialı var. 10 illik proqnozlar isə Zəngəzur dəhlizinin (TRİPP) 50 milyard dollar həcmində gəlir formalaşdırmaq və 60 mindən çox yeni iş yerinin yaradılmasına töhfə vermək imkanına malik olduğunu göstərir.
Mütəxəssislər qeyd edirlər ki, Zəngəzur dəhlizinin (TRİPP) həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinə inteqrasiyası onun əhəmiyyətini daha da artıracaq. Bu inteqrasiya Orta Dəhlizin genişlənməsinə şərait yaradacaq və Azərbaycanın beynəlxalq yükdaşımalarından əldə etdiyi gəlirlərin artmasına imkan verəcək.
O ki qaldı, dəhlizin reallaşması istiqamətində gedən işlərə, Azərbaycan tərəfi lazımi infrastrukturun hazırlanması prosesini demək olar ki, yekunlaşdırıb. Zəngəzur dəhlizi (TRİPP) çərçivəsində Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu demək olar ki, tamamlanıb. Ağbənd körpüsündə işlər bitib. Naxçıvan istiqamətində 188 km-lik dəmiryolu ilə körpülər, tunellər və viyaduktlar yenidən qurulur - illik buraxılış qabiliyyəti 15 milyon ton olacaq. Dəhlizin tam açılması 2028-ci ilə planlaşdırılır.
Strateji tərəfdaşlığa dair sənədin imzalanması tarixi hadisədir...
Dövlət başçıları, həmçinin ikitərəfli gündəliyə aid məsələləri müzakirə ediblər. Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığa dair sənədin imzalanması tarixi hadisə kimi qiymətləndirilib, Azərbaycan-ABŞ əlaqələrinin keyfiyyətcə yeni yüksək səviyyəyə qalxdığı, strateji mahiyyət daşıdığı vurğulanıb və bunun da geniş bir bölgədə sülhə, sabitliyə töhfə verdiyi qeyd olunub.
Ötən ilin avqustunda Vaşinqtonda Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması prosesi bu ilin fevralında öz məntiqi nəticəsinə çatdı. Fevralın 10-da ABŞ-ın vitse-prezidenti Cey. Di. Vensin Bakıya səfəri çərçivəsində Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya imzalandı. Bu sənədin imzalanması iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilir. Xartiya özündə bir sıra mühüm məqamları ehtiva edir - diplomatik əlaqələrin genişlənməsi, strateji iqtisadi münasibətlər sisteminin formalaşdırılması, müasir çağırışlara əsasən dialoqun daha da gücləndirilməsi ilə yanaşı, sənəd həm də Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni siyasi reallıqların beynəlxalq müstəvidə qəbulunun göstəricisi sayıla bilər. Qarabağ müharibəsində əldə olunan zəfərdən sonra regionda yaranmış geosiyasi vəziyyət Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpası ilə xarakterizə olunur. Xartiyanın preambulasında əksini tapan müddəalar Vaşinqtonun bu reallığı nəzərə aldığını və Bakı ilə münasibətləri yeni status və yeni əməkdaşlıq müstəvilərində inkişaf etdirmək niyyətində olduğunu göstərir. Belə ki, regional bağlantılar, iqtisadi sərmayə və təhlükəsizlik əməkdaşlığı da daxil olmaqla, qarşılıqlı maraq və ortaq fayda doğuran sahələrdə strateji tərəfdaşlıqların əhəmiyyəti hər iki ölkə tərəfindən təsdiqlənib. Eləcə də, diplomatik, iqtisadi, enerji, texnoloji və təhlükəsizlik sahələri də daxil olmaqla, qarşılıqlı maraq doğuran məsələlərdə münasibətləri gücləndirmək üçün birgə niyyətlər, strateji tərəfdaşlığın və genişləndirilmiş əməkdaşlığın planlaşdırılması və həyata keçirilməsinə yalnız dövlət qurumlarının deyil, həm də hər iki ölkənin özəl sektorlarının cəlb edilməsinin mühüm əhəmiyyəti vurğulanıb.
Azərbaycan G20-yə dəvət olunub
Qeyd edək ki, dövlətimizin başçısı G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib. Bu, ölkəmizə olan xoş münasibətin təzahürü kimi qiymətləndirilib. Telefon danışığı zamanı Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.
G20 - “Böyük iyirmilik” dünyanın aparıcı iqtisadiyyatlarını bir araya gətirən və qlobal iqtisadi idarəetmədə mühüm rol oynayan əsas çoxtərəfli platformalardan biri sayılır. Təşkilata 19 ölkə ilə yanaşı Avropa İttifaqı və Afrika İttifaqı daxildir. G20 ölkələri dünya ÜDM-nin təxminən 85 faizini, qlobal ticarətin 75 faizindən çoxunu və dünya əhalisinin təxminən üçdə ikisini təmsil edir. Buna görə də G20-də iştirak yalnız iqtisadi deyil, həm də mühüm siyasi və geosiyasi əhəmiyyət daşıyır. Azərbaycanın 2026-cı ildə G20 sammitinə dəvət olunması isə ölkəmizin beynəlxalq nüfuzunun və artan geosiyasi çəkisinin mühüm göstəricilərindən biri kimi qiymətləndirilə bilər. G20-nin 2026-cı il sammiti ABŞ sədrliyi ilə 14-15 dekabr tarixlərində Mayamidə keçiriləcək və Azərbaycanın adı ABŞ-ın G20 sədrliyinin rəsmi saytında dəvət olunan ölkələr sırasında yer alır. Bu dəvətin əhəmiyyəti böyükdür - Azərbaycan G20 üzvü olmadığı halda, qlobal iqtisadi və siyasi gündəmin müzakirə edildiyi ən nüfuzlu platformalardan birinə dəvət olunan ölkələr sırasında yer alır. Bu, Azərbaycanın artıq yalnız regional proseslərin iştirakçısı deyil, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya, Orta Dəhliz, yaşıl enerji, iqlim gündəliyi və qlobal iqtisadi əməkdaşlıq kimi məsələlərdə beynəlxalq tərəfdaş kimi qəbul edildiyini göstərir.
Xüsusilə Azərbaycanın COP29-a ev sahibliyi etməsi, enerji və nəqliyyat layihələrində artan rolu, Avropa ilə enerji əməkdaşlığının genişlənməsi və Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşmasında oynadığı rol ölkəmizin beynəlxalq platformalardakı çəkisini artıran əsas amillərdəndir. Bakının bu platformaya dəvət olunması ölkəmizin qlobal iqtisadi güc mərkəzləri ilə əməkdaşlığının genişlənməsinin, beynəlxalq gündəmdə çəkisinin artmasının və Azərbaycan tərəfindən həyata keçirilən çoxvektorlu, praqmatik xarici siyasətin mühüm nəticələrindən biridir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38

